Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
Qaraciyərin sağlamlığına ciddi təsir göstərən, lakin sağlam hesab edilərək gündəlik istehlak olunan bəzi qidalar əslində təhlükə saçır.
Milli.Az xəbər verir ki, Harvard və Stanford universitetlərində təhsil almış gastroenteroloq Dr. Saurabh Sethi, qaraciyəri "səssizcə" zədələyən və geniş yayılan üç qidanı açıqlayıb.
Bu məhsulların orqanizmdə yağlanma, insulin müqaviməti və iltihab riski yaratdığı bildirilib.
Fruktozası yüksək qidalar
Qazlı içkilər, konfetlər, bişmiş məmulatlar və paketlənmiş qəlyanaltılar fruktoza ilə zəngindir. Bu maddə qaraciyərdə yağa çevrilərək alkoqolsuz qaraciyər yağlanmasına səbəb olur. Zamanla iltihab, çapıq toxuması və hətta qaraciyər çatışmazlığına yol aça bilər.
Sənaye yağları (Toxum yağları)
Soya, qarğıdalı, kanola və günəbaxan yağı kimi sənaye yağları omeqa-6 ilə zəngindir və balanssız qəbul olunduqda xroniki iltihab yaradır. Dəfələrlə qızdırıldıqda zərərli maddələr əmələ gətirərək qaraciyər hüceyrələrinə ziyan vurur.
Meyvə şirəsi
Təbii hesab edilən meyvə şirəsi əslində lifsiz şəkər bombasıdır. Fruktoza ilə yüklü bu içkilər qaraciyəri yorur və yağ yığılmasını sürətləndirir. Qan şəkərini sürətlə qaldıraraq insulin müqaviməti və qaraciyər yağlanması riskini artırır.
Meyvəni bütöv halda yemək, sənaye yağlarından uzaq durmaq və qablaşdırılmış, şəkərli içkiləri minimuma endirmək qaraciyər sağlamlığını qorumağın əsas yollarındandır.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi