Fədayədən Tacirə ŞOK CAVAB: "Mən onu sevəndə oğlum var idi, küsən kimi yıxılıb ağlayırdı"

Fədayədən Tacirə ŞOK CAVAB: "Mən onu sevəndə oğlum var idi, küsən kimi yıxılıb ağlayırdı"Müğənni Fədayə Laçın bir zamanlar duet ortağı olan Tacir Şahmalıoğlu ilə sevgili olmasını etiraf edib.

Axşam.az-ın məlumatına görə, sherg.az-a açıqlama verən ifaçı bu sözləri deyib:

"Tacir bununla nə deməyə çalışır? Bu söz-söhbəti mən yenidən gündəmə gətirmişəm? Onu narahat edirsə, danışmasın. O, verilişlərdə bu barədə danışır. Hansı ki, biz onunla bu gün də məclislərdə görüşəndə, restorana xaş yeməyə gedəndə normal ünsiyyətimiz var. Biz süfrə arxasında hamıyla oturub çörək yeyirik. Onda niyə mənə heç nə demir? Çəkilişlərə bir yerdə gedirik. Sonra nə baş verir, onu bilmirəm? Bilmirəm gündəmə gəlmək istəyir bu söz-söhbətlə? Ayıbdı.

İkincisi deyir ki, ailəsi var, belə söz-söhbət ona yaraşmır. Bu sözü mənə atır? O, əgər hörmətli, sözü keçən oğlan olsa, jurnalistə elə bir tonda deyər ki, nə şiş yanar, nə kabab. Məsələn, "bu barədə bir də mənə sual vermə". Necə ki, mən deyirəm ki, "mənə bu barədə sual verməyin". İndi qoçağın biri çıxıb onu danışdırıb, o da danışıb. Tacir saf adamdı. Mənim ona yazığım gəlir. Bədbəxt insandı. Elə belə də yazın. Nə deyirəm yazın. Saflığından istifadə edirlər. Qaldı aramızda olan münasibəti danmağına, biz müğənnilərin həyatı hamıya bəllidi. Yalan danışmağın nə mənası var. Göz önündə olmuşuq. Sevgili olmuşuq. Niyə danım ki? Mən deyim ki, yox, biz onunla bacı-qardaş olmuşuq, ayıb olar. Bilən bilirdi. İndi yalan necə danışım? O vaxt özü bar-bar bığırırdı ki, sevirəm. Deyirdim a balam, belə reklam eləmə. Deyirdi ki, yox, sevirəm. Mən ondan küsən kimi "Xarı bülbül" restoranında yıxılırdı güllərin üstünə, ağlayırdı, oxumurdu.

Mənə toxunan odur ki, insan sevirsə, buna görə utanmaz. Mən ona özümü qız uşağı kimi təqdim etmişdim ki? Başa düşmürəm. Mən onunla münasibətim olanda oğlum var idi, bunu bilmirdi ki? Ancaq qız uşağını sevmək olar ki? Sevgi günah deyil ki. Allahın verdiyi hissdi. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Mən də sevmişəm. Burda nə var ki? Mən cansız əşya deyiləm ki, hisslərim olub. Mən sevgi nədi bilmirəm? Qısqanırdı da, qadağaları olurdu da. İndi illər ötüb, hərə öz işində, gücündədi. Amma demə ki, aramızda heç nə olmayıb. Bu yalandı. Bizi görənlər, tanıyanlar olub. Mən səninlə münasibət yaşamışam. Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil".

Xəbərlər     Baxılıb: 4845   Tarix: 05 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qaşların formalari aksessuarlar həkim məsləhəti ilk cinsi əlaqə bulkalar ayaqqabi ve cantalar xına bəzəkləri kosmetika baldiza aid haxisda irem derici nizami gəncəvi qizlar faydalı məsləhətlər