Fələstinə dəstək verən Oskarlı aktrisa işsiz qaldı
Dünyaca məşhur Hollivud aktrisası Syuzan Sarandon Fələstin tərəfdarı bəyanatlarına görə Hollivud layihələrindən kənarlaşdırıldığını və qara siyahıya salındığını bildirib.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, meneceri ilə yollarını ayıran Sarandon "Menecerim məni tərk etdi, layihələrim ləğv olundu" deyə açıqlama verib.
78 yaşlı aktrisa ötən ilin noyabrında İsrailin Fələstinə hücumlarına etiraz olaraq Nyu Yorkda keçirilən aksiyaya qatıldıqdan sonra Hollivudun qara siyahısına düşdüyünü bildirib.
Xatırladaq ki, 1996-cı ildə Sarandon Sean Penn ilə birlikdə rol aldığı "Ölü Gəzinti" filminə görə "Ən yaxşı aktrisa" Oskarını qazanıb. O, həmçinin "Atlantic City", "Thelma and Louise" və "Lorenzos Oil" kimi filmlərdə çəkilib.
Aysel









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Dünyanın ən gözəl qadını seçildi
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin