Fərda: "Belə oğlansansa, inbox-a nömrəni yaz, görüşək" - FOTO

Fərda: "Belə oğlansansa, inbox-a nömrəni yaz, görüşək" - FOTOTanınmış aktyor Fərda Amin bir neçə gündür sosial şəbəkələrdə və saytlarda müzakirə olunan məsələ - "Selfinaz" adlı stand-up şousu haqda geniş açıqlama verib.

Aktyor "qafqazinfo"ya açıqlamasında bildirib ki, Azərbaycana stand-up janrını məhz özü gətirib və bu işdə ona dəstək olan tapmayıb.

"Cem Yılmazın belə xarici stəndapçılardan götürdüyü məqamlar var. Yenə deyirəm, haradansa nələrsə götürmək olar. Mən ilk dəfə stəndapı Azərbaycana gətirəndə, "Jazz Center"də konsert verəndə bilirdim ki, 16+ mövzusunda çıxış edəcəyəm. Stəndapın tərifi var - sərhədsiz gülüş janrıdır. Dostunla, qardaşınla necə danışırsansa, eyni zamanda xanımlar öz rəfiqələriylə necə danışırsa bu, stəndap adlanır. Biz söyüşsüz başladıq. 2004-cü ildən bu günə kimi mənim açıq-saçıq sözlərdən ibarət monoloqum və stəndapım olmayıb. Ancaq Heydər Əliyev Sarayının səhnəsində 2 saat yarımlıq konsert verdim, daha sonra isə Yaşıl Teatrda tamaşaçı qarşısına çıxdım. Döymədiyim az qapı qaldı. Mənə dəstək olan tapılmadı. İlkin etapda 20-25 min manat pul xərcləmək lazımdır. Keyfiyyətli bir iş ortaya çıxarmaq istəyirdim. Ancaq həmin konsertləri youtube-a yerləşdirməmişəm. Çünki işimi keyfiyyətli təqdim etmək istəyirəm. O konsertlərdə də çox əziyyət çəkmişəm, 6-7 ay dayanmadan çalışmışam. Ancaq Azərbaycanda dəstək olmadı. Daha sonra bir qolu Azərbaycanda, digər qolu isə Türkiyədə olan bir şirkətlə görüşdüm. Rəhbərləri Yılmaz Çiftçi və Təvəkkül Mehrəliyevdir. Təvəkküllə 7 ildir ki, dostluq edirəm. Onlar mənə dəstək olmaq istədilər. Həqiqətən də dəstək oldular, lazımi vəsaiti verdilər. Müqavilənin şərtlərinə uyğun olaraq mən dekorasiyadan tutmuş geyimlərə kimi heç nəyə qarışa bilməzdim. Özləri dekoru qurdular, geyimimə kimi aldılar. Bu kişilər pul qazanmaq istəyirdilər. Nəticədə Azərbaycana stəndap gəlib. Onsuz da bu stereotiplər ölkədə qırılmalı idi".

Fərda Amin "Selfinaz"ın bu qədər tənqid olunmağının tək səbəbini paxıllıqda görür:

"Cem Yılmaz kütləsi "cool" olub, İQ savaşına çıxıb. Yılmaz kütləsinin onun zarafatlarını qavrama potensialı var. Onların çoxu Cemin ağzı açılanda zarafatı dəqiqliyi ilə başa düşür. Bizdə isə fərqlidir. Müşahidə qabiliyyətim yüksəkdir, olmur. Mən onları danışsam, tamaşaçımı itirə bilərəm. Cem Yılmazı Cem Yılmaz edən onun kütləsidir. İndiyə kimi mən tənqid olunmamışam. Mən bu tənqidlərə açıq olmasam, bu gün səhnədə olmazdım. Mənə söyüş söyürlər, təhqir edirlər. Hər insan bir nəslin nümayəndəsidir. Mənim qohumlarımın hamısının internetə çıxışı var. Onlar tənqidləri oxuyurlar, mənə zəng vururlar. Baxmırsansa, baxma, hər kəs avro deyil ki, onu sevəsiz. Dünyada sevilməyən o qədər sənətçilər var. Bizdə təhqirlər daha çoxdur. Birbaşa söyüşlə olmaz. Sən kimsən ki, məni söyürsən? Üz-üzə gəlsək, sözlərini deməyə cəsarətləri çatmaz. Belə oğlansansa, inbox-a nömrəni yaz, görüşək".

Aktyor düşünür ki, bu söz-söhbətlər hazılanmış kampaniyadır:

"Mənə elə gəlir ki, bu, düşünülmüş və hazırlanmış kampaniyadır. Mənim heç kimlə problemim yoxdur. Hər kəslə münasibətim əladır. Amma kütləvi şəkildə məni təhqir edirlər. Bütün səhifələr paylaşır, müzakirə edirlər. Əksəriyyət məni tənqid atəşinə tutur. Mən tənqidə təhqirlə cavab vermək mədəniyyətinə sahib deyiləm. Mənə yazılan təhqirlərə cavabımı da instaqramda verirəm. Hamısı virtual aləmdədir. Mənə psixoloji çox təsir edir. Belə şeyləri keçmək olmur. İnşallah, mayda "Selfinaz 2"ni təqdim edəcəyəm".

Xəbərlər     Baxılıb: 2102   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. xəbər verir ki, bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir. Alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsin

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Bu qidalar ömrü 10 il uzadır

Müasir tibb elmi sübut edir ki, düzgün qidalanma vərdişləri insanın genetik kodunu belə müsbətə doğru dəyişməyə qadirdir.  xəbər verir ki, son illərdə aparılan genişmiqyaslı araşdırmalar bəzi spesifik qidaların müntəzəm istehlakını

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

.

Sağlam deyib mətbəxin baş küncünə qoymuşduq - O cihaz qadağan edilir

"Sağlam qidalanırıq" deyərək hamımızın mətbəxinin ən görünən yerinə qoyduğumuz həmin cihaz indi "qeyri-sağlam" olaraq damğalanır. Avropa Birliyi milyonlarla evdə hər gün istifadə edilən və təriflə bitir

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları uşaq geyimləri nagillar kombinler 2026 yay 2026 cu ilin modasi kosmetika brusell bakteriyası atalar sozu xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır narin faydasi baldiza aid