Fərda: "Stand up"ı Azərbaycana biz gətirdik"
Komediya aktyoru Fərda Xudaverdiyevin gözlənilən "Selfinaz 2" "stand-up" şousu baş tutub.
Xanim.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən şou-proqrama çoxlu sayda tamaşaçı axını olub.
Aktyorun budəfəki çıxışı da birinci kimi yaddaqalan, eyni zamanda gülməli monoloqlarla zəngin idi.
Fərda çıxışı zamanı tez-tez zalda əyləşən tamaşaçılara da müraciət etməyi, onlarla da zarafatlaşmağı unutmayıb.
Yeri gəlmişkən, "stand up"ı izləməyə gələnlər arasında komediya aktyoru Elməddin Cəfərov da olub. Fərda həmkarı ilə də kiçik bir dialoqa girməyi özünə borc bilib. O, hətta bunları gənclik illərindən olan xatirələrlə bağlı bir qisas olduğunu da zarafatla vurğulayıb.
Aktyor jurnalistlərə müsahibədində onu da deyib ki, bu şoudan sonra rahatlıqla "Stand up"ı Azərbaycana biz gətirdik" deyə bilərəm - deyə, yumorist əminliyini də gizlətməyib.
Qeyd edək ki, "Selfinaz 2" "stand-up" şounun informasiya dəstəyi BiG.AZ-a məxsusdur.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir