"Fəxrəddin Manafov köçəndə xanımını da apardı, sonra o, efirə qayıtmadı" - FOTOLAR

Türkiyədə Beynəlxalq Alanya Film Festivalı baş tutub.
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, festivalda iştirak edən iki məşhur sima: xalq artisti Fəxrəddin Manafov və əməkdar artist Mehriban Zəki maraqlı açıqlamaları ilə yadda qalıb.

M.Zəki festivalın açılışında mahnı oxuması barədə suallara cavab verib. Aktrisa deyib ki, o,mahnı oxumaqla yanaşı bağlama da ifa edir:

"Təbii ki, gənclər mənim mahnı ifa etdiyimi bilmir. Ancaq yaşlı nəsil və öz nəslimin nümayəndələri bu istedadımdan xəbərdardır. Mən yalnız mahnı oxumuram, belə deyim, bağlama çalıb özüm-özümü müşayiət edərək oxumuşam. Türk dövlətlərinin sammitlərində Dədə Qorqud, Nəsimi, Yunis Əmrə, Ramiz Rövşəndən və başqalarının şeirlərini oxumuşam. Bəzən isə həmin şeirlərə özüm musiqi bəstələmişəm. Məmnunam ki, siz də bu gün bunun şahidi olardız".

Əməkdar artist "Aktrisa olmasaydız, bu yolu davam etdirərdiz?" sualına belə cavab verib:

"Yox, ola bilməzdi. İlk və içindən gələn sənətim aktyorluqdur. Aktyor olan şəxsin hər şey əlindən gəlməlidir. Burada Ukrayna, Belarus, Rusiyadan gələn sənətçilər lazım gələrsə, ifa edirlər, hər şeyi bacarırlar. Düşünürəm ki, bu, qeyri-adi bir şey deyil. Aktyorun bacara biləcəyi ünsürlərdən biridir".

M. Zəki festival barədə də fikirlərini bölüşüb, həmkarı Fəxrəddin Manafovu "Azərbaycan kinosunun dağı" adlandırıb:

"Bu festival birinci dəfədi təşkil olunub. Əvvəl Qızıl Qala adıyla başlamışdı, indi isə daha çox dövlətin nümayəndələri iştirak edir. Azərbaycanda 4 çox gözəl filmi ilə qatılıb. Fəxrəddin Manafov heç bir filmi ilə festivala qatılmayıb. Bildiyiniz kimi, Manafov keçmiş Sovet ölkələri arasında çox tanınır. Alanyada belə onu tanıyırlar. Küçədə onu görüb yaxınlaşırlar, deyirlər ki, gəlin şəkil çəkdirək. Fəxrəddin müəllim kinomuzun zirvəsidir, dağıdır. Ona görə, onun burada olması bizə, digər aktyorlara böyük bir dəstəkdir".

Aktrisa Manafovla yeni layihədə yer alacağını söyləyib: "Ola bilər, belə düşüncələr var. Dəqiq olmadığı üçün üzərində işlər gedir. Cızma-qaradır".

Zəki, həmçinin xalq artistinin xanımı, keçmiş diktor Vahidə (Vera) Manafova barədə açıqlama verib:

"Vahidə xanım çox gözəl və savadlı bir qadındır. Sovetlər dönəmində diktor kimi çalışıb. Həddindən artıq istedadlı bir xanımdır. Sadəcə olaraq, Fəxrəddin müəllim Slovakiyaya köçəndə xanımını da apardı. Uzun müddət Azərbaycandan, televiziyadan ayrı düşdü. Sonra isə bildiyim qədər həvəsi olmadı, efirə qayıtmadı".

Fəxrəddin Manafov festivala həmkarlarına dəstək üçün gəldiyini bildirib:

"2015-ci ildə ilk dəfə Alanyaya gəldim. Həmin vaxt burada festival keçirilirdi. Bu işlə məşğul olanlar xəbər tutdular ki, mən burdayam. Dəvət elədilər, biz festivala getdik. Qonaq kimi iştirak etdik. Cəmi iki dövlət: Rusiya və Türkiyə festivalda iştirak edirdi. Səhnədə çıxış edəndə Azərbaycanın burada niyə iştirak etmədiyini soruşdum. Başqa gün bu söhbət ətrafında müzakirə etdik, planlar qurduq. Artıq biz bu festivaldayıq".

Manafov Mehriban Zəkinin rol aldığı filmi rus dilinə xanımının tərcümə etdiyini söyləyib:

"Demək olar ki, festivala dəstək üçün qatılmışam. Vahidə xanım Azərbaycandan gələn 4 filmi izləyib. Hətta o, "İçəri şəhər" filmini rus dilinə tərcümə edib".

Xalq artisti həmkarının yeni layihədə iştirak edəcəkləri barədə verdiyi açıqlamaya da münasibət bildirib: "Mənim xəbərim yoxdur, ilk dəfə eşidirəm. Alınsa, çox gözəl olardı".
"Fəxrəddin Manafov köçəndə xanımını da apardı, sonra o, efirə qayıtmadı" - FOTOLAR"Fəxrəddin Manafov köçəndə xanımını da apardı, sonra o, efirə qayıtmadı" - FOTOLAR"Fəxrəddin Manafov köçəndə xanımını da apardı, sonra o, efirə qayıtmadı" - FOTOLAR"Fəxrəddin Manafov köçəndə xanımını da apardı, sonra o, efirə qayıtmadı" - FOTOLAR"Fəxrəddin Manafov köçəndə xanımını da apardı, sonra o, efirə qayıtmadı" - FOTOLAR

Xəbərlər     Baxılıb: 4152   Tarix: 31 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qaşların formalari adlarin menasi reseptler fatimə fətəliyeva i̇mtahana hazırlıq kətə reseptləri hakista sozleri kosmetika uzeyir səməd vurğun zencefil faydalı məsləhətlər veten seirleri