Firəngiz Mütəllimova şəxsi həyatı ilə bağlı açıqlama verdi
Xalq artisti Firəngiz Mütəllimova şəxsi həyatı ilə bağlı açıqlama verib.
Tanınmış aktrisa "Onlar" verilişinə müsahibəsində həyatında sevdiyi insanın olduğunu etiraf edib:
"Oktyabrın sonunda İnstaqramda bir açıqlamam olacaq. Tamaşaçılar yazdığımdan nəsə anlayacaqlar. Sevdiyim insan var. Çox xoşbəxtəm, şanslıyam ki, belə bir vəziyyətdə yaşayıram. İnsan olmaq o deyil ki, ailən, həyat yoldaşın olsun, bir ölkədə, evdə yaşayasan. Əsas odur ki, qadının ürək dostu olsun. Ən ağır zamanında onu yanında görürsən. Belə qadın xoşbəxtdir. Sevgidən əlavə, ona hörmətim var. Sevgi asan ifadədir. Sabah nifrət edə bilərsən. Əsas çox istəməkdir. Adam ancaq ailə üzvlərini və özünü çox istəyir. Mənim ona olan bu hisslərim sevgidən ötüb, çox istəməyə keçib. O şəxs bizim sahənin adamı deyil. Toy haqqında ümumiyyətlə düşünmürəm. Həyatımı azad yaşamaq istəyirəm. İllərdir biz onunla bir yerdəyik, danışırıq, görüşürük. Aramızda uzaq məsafələr də olur. Bir igidin ömrü qədər münasibətimiz var. Rəsmiliyə ehtiyacım yoxdur. Şəxsi həyatımdır yaşayıram. Bir dəfə ailə həyatım olub və ayrılmışam, bəsdir".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı