Flora Aygünü yıxıb - sürüdü: "Dünənki cücə cip-cipliyi ilə..."

Flora Aygünü yıxıb - sürüdü: "Dünənki cücə cip-cipliyi ilə..."Xalq artisti Aygün Kazımova digər xalq artisti Flora Kərimovanın fikirlərinə münasibət bildirərək yeni qalmaqalın təməlini atıb. Belə ki, A.Kazımova F.Kərimovanın SSRİ xalq artisti Zeynəb Xanlarova haqda dediyi "Onun ifa etməsi sənət və sənətkarlıq deyil" sözlərinə etiraz edib.

Xanim.az bildirir ki, qafqazinfo mövzu ilə bağlı Flora Kərimova ilə əlaqə saxlayıb. Sənətkar saytımız vasitəsilə Aygün Kazımovaya açıq məktub ünvanlayıb.

Flora Kərimovanın fikirlərini əks etdirən açıq məktubu olduğu kimi təqdim edirik:

"Jurnallarda qadın ləyaqətini tapdalayıb, azəri kişisinə utanc gətirən, yataq pantalonunun qırçınlarını mediada bəh-bəhlə nümayiş edən, nəyin bahasına olursa olsun, həmişə diqqət mərkəzində olmaq düçarına düşən, bu yaşda açıq-saçıq davranışına "bəsdir" demək iqtidarına çatmayan qız anası Aygün Kazımovaya açıq məktub...

Aygünün "Zeynəb Xanlarova Azərbaycan musiqisini, mədəniyyətini, bayrağını, millətini ən layiqli təbliğ edən, ucaldan, inkişaf etdirən, əvəzolunmaz, təkrarsız sənətkarımızdır. Onunla yalnız fəxr etmək və qürur duymaq gərəkdir. Başqa söhbətlərə ehtiyac yoxdur" ismarıcına cavabım budur:

Allah səni Azərbaycan musiqi və dünya vokal tarixinə qızıl hərflərlə düşməkdən, əsl sənətkarlar ailəsində püxtələşməkdən məhrum edib. Mənim sənətə olan təsəvvürümü, zövqümü dahilər- Bülbül, Rəşid Behbudov, ustadlar- Şövkət xanım, Sara xanım, Rübabə xanım, taleyi kəm olan Fatma xanım və indi də nümunə kimi qəbul olunanlar formalaşdırıb.

Sənin isə seçdiyin "dünya şöhrətli", vətəndaş borcunu şəxsi mənafeyinə qurban verən, millətinə qara camaat deyən, müstəqillik əleyhinə səs verən, torpağımıza neçə illərdir göz dikən və əsrlərlə işğal edən ermənilərlə sülh istəyən Zeynəb Xanlarova oldu. Həyatınla bağlı bir neçə epizodu xatırladıram. İllər öncə məni axtardın, axır ki, gecə saat 12-dən sonra bağda tapdın və Röya ilə qırğın zamanı məndən nicat, dəstək istədin. Aldın da… ATV və onun milyon tamaşaçıları buna şahiddir. Bir neçə ildən sonra təkbaşına öhdəsindən gəldiyim İlhamə ilə sənin ölüm-dirim savaşında sənə dəstək oldum. Natavanla sənin döyüşündəki məğlubiyyətin hələ də dillər əzbəridir. Həmişə güvəndiklərin də səni meydanda tək qoyub, dəstək verməkdən də vaz keçdilər.

Sənətə təzə qədəm qoyan zaman bozqurdlardan olan, dostun "X" nəfərin qan davasından dəfələrlə qurtaran da mən oldum. Dağıl dünya, dünənki cücə cip-cipliyi ilə mənə mənəviyyat, vətəndaş, sənət dərsi öyrətmək xülyasına düşüb. İnsanlar var ki, başına qapazı Allah vurur. Tiplər var ki, özləri özlərini qapazlayırlar. Görünür, Aygün öz təbiətinə uyğun seçimini çoxdan edib. Əvvəl isti-isti danışıb, sonra fərqinə varan- sənin zövqünü tərbiyə etmək fikrindən çox-çox uzağam, artıq gecdir. Sənin bu halına məyusla təəssüflənən müstəqil Azərbaycanın ilk xalq artisti Flora Kərimova!"

Xəbərlər     Baxılıb: 1846   Tarix: 23 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

turlar.az

kosmetik vasiteler yemek reseptleri toy gecesi 2026 payiz qis debi qadin donlari berguzar korel kosmetika oxu az novruza aid hakisda nagillar veten haqqinda atalar sozu burclerin uygunlugu