Flora Kərimova:"Görün, nə günə qalmışıq ki, məşəli İlhamə daşıyacaq"

Flora Kərimova:"Görün, nə günə qalmışıq ki, məşəli İlhamə daşıyacaq""Kimsə bizi bütün dünyaya güldürmək istəyir. Görün, nə günə qalmışıq ki, layiqli adamlar qala-qala məşəlin daşınmasını İlhamə Quliyevaya həvalə ediblər".

"azvision.az"ın məlumatına əsasən, bunu xalq artisti Flora Kərimova Avropa Oyunları məşəlinin İlhamə Quliyeva tərəfindən daşınmasına münasibət bildirərkən deyib. O, bu addımın yolverilməz olduğunu diqqətə çatdırıb.

"Yəni bu olimpiadanın qiyməti İlhamə Quliyevadır? Açsınlar sosial şəbəkələri xalqın arasında onun nüfuzuna baxsınlar. Düşündülər ki, layiqli sənətçilər, layiqli idmançılar nə deyəcək? Kimsə Azərbaycanı bütün dünyaya çox yaxşı güldürmək istəyir".

F.Kərimova bildirib ki, məşəlin danışmasını ona təklif etsəydilər, qəbul etməzdi: "Məşəli Azərbaycanın adına şöhrət gətirən, bayrağmızı bütün yarışlarda qaldıran, o bayrağı fərəhlə çiyninə atıb gəzdirən, himni gözüyaşlı səsləndirən cavanlar aparlmalıdır. Nə olsun ki, sənətkaram. Bu yaşımda mənə yaraşmır və buna ixtiyarım yoxdur. Çünki bu məşəli daşımağa məndən əvvəl Azərbaycan bayrağını dünyada tanıdan, yüksəklərə qaldıran insanlar layiqdir".

F.Kərimova həmçinin həmkarı İlhamə Quliyevaya çağırış edib: "Əgər o xalqını, vətənini təbliğ etdiyi qədər sevirsə, özü bu addımdan imtina etməlidir. Niyə imtina etməli olduğunu özü və bütün Azərbaycan bilir".

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov xalq artısti İlhamə Quliyevanın məşəli daşıyacağı ilə xəbərlərə aydınlıq gətirib: "Təəcüblənirəm ki, İlhamə xanımın məşəli daşıyacağı ilə bağlı xəbər niyə bu qədər təəccüblə qəbul edilir? Xalq bu xanımı çox istəyir. O da 150-dən artıq məşəl daşıyanların sırasındadır. Bakıda İlhamə xanım ola bilsin ki, qaça bilməsə də, məşəli 10-20-30 m daşıya bilər. Mən şəxsən buna çox şadam".

Xəbərlər     Baxılıb: 2014   Tarix: 03 iyun 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Şüşə, yoxsa metal qab: Hansını ALAQ?

Qablaşdırma materialı yalnız "qutu" rolunu oynamır, eyni zamanda qidanın biokimyəvi tərkibinə təsir göstərə bilər. xəbər verir ki, bəzi metal konserv qablarının daxili örtüyündə istifadə olunan Bisfenol A (BPA

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Limonlu çay içənlərin DİQQƏTİNƏ

Limonlu çay bəzi hallarda sağlamlığa müsbət təsir göstərsə də, hər kəs üçün eyni dərəcədə faydalı deyil. xəbər verir ki, həkim Yekaterina Antipova bildirib ki, limon həzmi stimullaşdırır, orqanizmin tonusunu və enerjisin

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

turlar.az

hamiləlik geyim şəkilləri yaz geyimleri 2026 sizanaqlara qarsi resept bilincik resepti aysel elizade sevgilisi yay kolleksiyasi 2026 kosmetika bakire qiz burcu rus dili 2ci ders faydalı bilgilər veten haqqinda bayati