Floradan Şeyx Əbdülə: "Özünü ağıllı və başbilən göstərmək, qeybət eləmək kişilikdən deyil"

Floradan Şeyx Əbdülə: "Özünü ağıllı və başbilən göstərmək, qeybət eləmək kişilikdən deyil"Xalq artisti Flora Kərimova rejissor Şeyx Əbdülün efirdə səsləndirdiyi "Rüşvət alıb ad veriblər" sözlərinə münasibət bildirib.
Open.az xəbər verir ki, sənətkar "İnstagram" hesabında sərt sözlər yazıb:
"Kimlərəsə "ad" verdilər... Bəli, verdilər! Yerli-yersiz, sənəti olana da, olmayana da necə gəldi, kimə gəldi, verdilər o adları. Mən də narazıyam! Bu, tam başqa mövzudur. Kiminsə çörəyinə bais olum, fürsətcilik edim? Kimdənsə xoşum gələ bilər, kimləsə düşmənçiliyim ola bilər, amma mən o vicdanın yiyəsi deyiləm, ədavətimin sərhədindən kənarda da ondan intiqamımı alım.
Şeyx Əbdül, "rüşvət alıb ad veriblər" deyə müsahibə vermisiz. Deyən gərək, sizə də 2018-ci ildə Xalq artisti adı verdilər. Sizdən də rüşvət aldılar, aldılarsa, kim və nə qədər?"
Xalq artisti daha sonra sözlərini belə davam etdirib: "Adlarla" bağlı narazılıq məqamlarınızda etirazlarınızla alıb-verənləri ifşa edib, imza toplaya bilərdiniz. Bunu etmədiniz. Nazirlikdən o adın təsdiqlənməsinə kimi uzun bir zəncir var, bunu bilirsiz. Bu məqamların nazirlikdən nə dərəcədə asılı olmağını da yaxşı bilirsiz. Son imzaya kimi nə qədər imzalardan keçdiyini də hamıdan dəqiq bilirsiz! Təəccüb edirəm sadəcə, nazirlik o günə qaldı ki, ildə 20 nəfərə ad veməklə dolanası oldu? Nə yazdığınızı heç düşünürsüz? Tör-töküntülər rüşvət alırsa... vay hallarına! Mənim nə nazirlikdən, nə onun böyüyündən asılacağım var. Mən bu şəraitdə nə nazirin, nə rüşvət alanın, nə də rüşvət verənin tərəfini tuturam. Mən, topuğa belə dəyməyən daşı arxadan atanların əleyhinəyəm! Məlumatı oldu, olmadı, nəsə yazmaq xatirinə söz yazanlar, özünü ağıllı və başbilən göstərmək, qeybət eləmək kişilikdən deyil."

Şou Biznes     Baxılıb: 1834   Tarix: 13 may 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

turlar.az

gozel gorunmek gelinlikler hamiləlik hamileliyin ilk elameti sepkilere qarsi mualice sizanaqlara qarsi resept mirzə ələkbər sabir satiraları kosmetika bakire seksler ikizler orqazm əfsanələr