Fobiya və onun növləri

Fobiya və onun növləriQeyri-adekvat reaksiyaya səbəb olan patoloji qorxular fobiya adlanır. Psixiatriyada fobiyalar təfəkkürün pozulması ilə xarakterizə olunan sayrışan hallara aid edilir. Digər sayrışan hallar kimi fobiyalar da iradədən asılı olmayaraq yaranır və qorxu sahibi vəziyyətə tənqidi yanaşsa da, ondan təkbaşına xilas ola bilmir.
Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova fobiyalar haqqında AZƏRTAC-a məlumat verərək deyib:
"Müasir psixiatrik araşdırmalar fobiyaların 300-dən artıq növünü qeydə alıb və onlara bir neçə formada təsadüf olunur. Qorxu fabulasının xarakterinə əsasən fobiyaların müxtəlif növləri ayırd edilir.
Birinci qrupa müxtəlif xarakterli fəza qorxuları aid edilir. Onlardan ən məşhuru klaustrofobiya - qaranlıq məkanlardan qorxmadır. Bunun əksinə olaraq açıq sahələrdən qorxma isə aqorafobiya adlanır. Klaustrofobiya adətən uçqundan xilas olmuş şaxtaçılarda və ya qəza keçirmiş sualtı gəmilərin heyət üzvlərində, həmçinin eyni təhlükəli situasiya ilə üzləşən sadə adamlarda da təsadüf edilir.
Olduqca geniş yayılmış ikinci qrupda sosiofobiyalar cəmləşir. Məsələn, müəyyən auditoriya və ya tamaşaçı qarşısında çıxış etmək, diqqət mərkəzində olmaq, cəmiyyət içində hər hansı bir hərəkət etmək, hətta sevdiyini itirmək qorxusu da ona aid edilir.
Hər hansı bir xəstəliyə yoluxmaqdan qorxu hissi nozofobiyalarda toplanır və epidemiyalar zamanı daha çox kəskinləşir. Başqa bir qrupa tanatofobiya, yəni sayrışma dərəcəsində ölümdən qorxu aid edilir və s.
Fobiyaların yaranma mexanizmi tam araşdırılmasa da, qorxulara meylli olanların kateqoriyası müəyyənləşdirilib. Bu sahədə genetik faktor xüsusi yer tutur. Fobik pozulmalar valideynləri xasiyyətcə narahat və həyəcanlı olan ailələrin uşaqlarında baş verir və onlar tərbiyə prosesində uşağa öz qorxu və həyəcanını ötürmüş olurlar. Zəngin təxəyyülə malik emosional cəhətdən həssas olanlar fobiyalara daha çox meyllidirlər. Müəyyən edilib ki, panik qorxular çox vaxt konkret hadisə ilə provakasiya olunur və həyatında bircə dəfə panik hücum yaşayanlar oxşar situasiyaların baş verməsini hər vəchlə əngəlləməyə çalışır".
Psixoloq daha sonra deyib: "Maraqlıdır ki, fobiyalar yaşlılarda nadir hallarda aşkarlanır, ehtimal ki, həyata baxışın sadələşməsi qorxuların aradan qalxması ilə nəticələnir. Uşaqlıq və yeniyetməlik illərində başlayan panik qorxular müalicə olunmadıqda 45-50 yaşlarına qədər davam edir.
Fobiyaların əsas əlaməti xəstənin qorxu törədən və panik hücuma səbəb olan situasiyadan sayrışma dərəcəsində qaçmasıdır. Panik tutmanın bir sıra əlamətləri ayırd olunur: xəstə boğazda spazma hiss edir və boğulur, ürək döyüntülərinin sayı artır, bədəndə zəiflik, beyində tormozlanma hiss edir, az qala bayılacaq dərəcəyə çatma, soyuq tər basma, titrəmə, dəhşət hissini bürümə, bədəninə nəzarət edə bilməmək və s. Həmin əlamətlərin dördünün aşkar olunması fobiya diaqnozu qoymağa kifayət edir.
Fobiyaların müalicəsinin əsas prinsipi psixoterapiyadır. Bir neçə psixoterapevtik üsul daha səmərəli hesab olunur: koqnitiv-bixevioral terapiya, davranış terapiyası, hipnoz, sistematik desensibilizasiya, geştaltpsixologiya, relaksasiya və autotreninq üsulları. Müalicə üsullarının seçilməsi xəstə ilə söhbət əsnasında fərdi olaraq həyata keçirilir. Fobiyanın səbəbinin müəyyən edilməsi müalicənin uğurlu nəticələnməsinə yarıbayarı zəmanət verir. müalicənin əsas məqsədi xəstəni fobiyası ilə üz-üzə gətirmək, həmin qorxunu yaşadığı an özünüidarəetmə xüsusiyyətini itirməməyi öyrətmək və təcrübədə situasiyanın onun üçün heç bir təhlükə törətmədiyini göstərməkdir. Ən əsas cəhət odur ki, xəstə özünü vəziyyətdən çıxarmağa çalışsın. Bunun üçün iradə və cəsarət göstərib qorxunun üstünə getmək, hətta həmin halda qorxunun üstələməsinə imkan verməmək lazımdır. Nəticədə beyin qorxu mexanizmlərinin işə düşməsinə heç bir ehtiyac olmadığını anlayacaq və situasiyanın real olaraq heç bir təhlükə daşımadığını təhlil edə biləcək".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1417   Tarix: 19 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Alça kimlərə olmaz?

Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə rəngarəng meyvələrlə dolur. Hər fəsilin öz neməti olsa da, yaz aylarında çoxlarının səbirsizliklə gözlədiyi meyvələrdən biri alçadır. May ayı başlayar-başlama

.

Faydasını bilən yaşıl soğanın qoxusunu unudar

Mətbəxlərimizin ayrılmaz hissəsi olan yaşıl soğan bəzən kəskin qoxusuna görə ikinci plana atılsa da, sağlamlığa verdiyi saysız faydalarla diqqət çəkir. xəbər verir ki, yaşıl soğanın müntəzəm istifadəsi orqanizmi gücləndirir

.

Gülüşün sağlamlığa FAYDALARI

Gülüş həm əhvalı yüksəldə bilər, həm də bədənin xəstəliklərlə mübarizə aparmasına kömək edir. xəbər verir ki, bu barədə sorğuda iştirak edən ekspertlərə istinadən məlumat yayıb. Tibbi müşahidəçi Oksana Naralenkova aydınlaşdırı

.

Dubay şokoladının tərkibində elə gizli maddə var ki

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və dəbdəbəli təqdimatı ilə diqqət çəkən bu məhsulun arxasında sağlamlığ

.

Sirkə bu xəstəliklərin düşmənidir

Sirkə ənənəvi tibbdə uzun müddət istifadə edilən və sağlamlıq üçün bir çox faydaları olan təbii məhsuldur. xəbər verir ki, təbii üsullarla sağlam qalmaq istəyənlərin tez-tez istifadə etdiyi alternativlərdən biri olan sirk

.

Psixologiyamızın alt-üst olduğunu göstərən əlamətlər

Psixoloji vəziyyətimizin pozulduğunu göstərən bəzi əlamətlər vardır ki, bunlar bəzən adi yorğunluq və ya stress kimi görünə bilər, lakin əslində daha ciddi problemlərin xəbərçisidir. Aşağıda psixologiyanın alt-üst olduğun

.

Makaron illərdir yanlış bişirilirmiş - ən sağlam və dadlı üsul

Makaron illərdir səhv üsulla bişirilir. bildirir ki, makaronun ən doğru bişirmə üsulu onu birbaşa sobada hazırlamaqdır. Mütəxəssislər bildiriblər ki, makaronu əvvəlcədən yarı bişirib sonra sobaya qoymaq əksinə, dadını azaldı

.

Xırıltı, öskürək, nəfəs darlığı: Bu simptomlara diqqət

Yaz aylarında polen səviyyəsinin artması astma xəstələri üçün ciddi çətinliklər yaradır. Nəfəs darlığı, xırıltı, döş qəfəsində sıxılma və öskürək astmanın əsas simptomları arasında yer alır. . xəbər verir ki, Dünya Astm

.

Ayağınızda bu izlər varsa, diqqət! - Beyinlə əlaqəsi üzə çıxdı

Varikozdan əziyyət çəkən insanlarda demans riskinin daha yüksək olduğu məlum olub. xəbər verir ki, yeni araşdırmada yarım milyon nəfərin sağlamlıq göstəriciləri öyrənilib və damar genişlənməsi (varikoz) olan şəxslərdə demensiy

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadin dunyasi geymler 2025 maskalar gündəlik bürclər plovlar azerbaycan haqqinda oğlanlar necə qızları sevirlər oxu az rəksanə seksler novruza aid həsən bəy zərdabi