Fransada 3 nəfər koronavirusa yoluxub
Fransanın paytaxtı Paris və Bordo şəhərlərində koronavirusa yoluxma aşkarlanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın Səhiyyə naziri Aqnes Bouzen bildirib.
O qeyd edib ki, yeni növ virusa yoluxan xəstələrdən biri Bordo şəhərində qeydə alınıb: "Çindən yeni qayıdan 48 yaşlı xəstə koronavirusa Hubey əyalətinin inzibati mərkəzi olan Uhan şəhərində yoluxub. O, yanvarın 23-də simptomlarla bağlı həkimlərə müraciət edib. Hazırda Bordo xəstəxanasında qapalı şəraitdə saxlanılır".
Nazir əlavə edib ki, Fransadakı xəstəyə gəlincə onun haqqında məlumat azdır: "Lakin xəstə Fransaya qayıtdıqdan sonra onlarla insanla təmasda olub. O da ayrıca qapalı palataya yerləşdirilib".
Üçüncü şəxs barədə məlumat verməyən nazir etiraf edib ki, Fransada koronavirusa yoluxanların sayı daha çox ola bilər: "Lakin aidiyyəti qurumlar virusun ölkədə yayılmasının məhdudlaşdırılması üçün hər şey edir".
Milli.Az /news.milli.az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu