Frontit nədir?

Frontit nədir?Frontit - alın cibinin iltihabi xəstəliyidir. Kəskin və xroniki frontit ayırd edilir. Kəskin frontit kəskin rinit, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklər fonunda yaranır. Burada alın sümüyünün travmasının da rolu vardır.
Xroniki frontitdə digər əlavə ciblərin də zədələnməsi qeyd olunur.
Əlamətləri:
Kəskin frontit alın nahiyəsində ağrı ilə başlayır. Bu ağrı alın cibinin ön divarına təzyiq etdikdə daha da artır. Bundan əlavə xəstələrdə baş ağrıları, gözlərdə ağrı, işıqdan qorxma, gözlərin sulanması müşahidə olunur. Burun tənəffüsü çətinləşir, burnun müvafiq yarısından ifrazat axır. Temperatur 39 dərəcəyə qədər qalxır, sonra isə subfebril rəqəmə düşür. Ön rinoskopiya zamanı selikli qişa hiperemiyalaşır, selikli- irinli ifrazat xaric olur.
Xroniki frontit zamanı simptomlar az nəzərə çarpır. Baş ağrıları daha zəif olur. Zədələnmiş nahiyədə küt və təzyiqedici ağrı qeyd olunur.
Siz nə edə bilərsiniz:
Bu əlamətlər olduqda həkim-otolarinqoloqa müraciət edin.
Həkim nə edə bilər:
Həkim diaqnozu kliniki əlamətlər, rentgenoloji müayinələr və diafanoskopiya nəticəsində qoyur.
Müalicəsi:
Frontitin müalicəsi konservativ aparılır. Burada əsas məqsəd cibdən ifrazatın xaric olmasını təmin etməkdir. Bu zaman orta burun keçidindən 2-3%-li efedrun hidroxlorid məhlulu yeridilir. Bu zaman yataq rejimi təyin olunur, ağrıları kəsmək üçün ağrıkəsicilər, isidici fizioterapevtik prosedurlar və antibiotiklər təyin olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1480   Tarix: 21 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

Arıqlamağa mane olan 3 böyük səhv

Dieta zamanı buraxılan bəzi səhvlər insanın arıqlamasına mane olur. -a istinadən bildirir ki, bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva bildirib. Onun sözlərinə görə ən böyük səhvlərdən biri kifayət qədər su içilməməsidir

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

Şaftalının faydaları nələrdir, neçə kaloridir?

Şaftalı vitamin, mineral və antioksidant tərkibi ilə ümumi sağlamlığı dəstəkləyən, həzm sistemini rahatlaşdıran və immuniteti gücləndirməyə kömək edən yay mövsümünə xas lifli bir meyvədir. Aşağı kalorili quruluşu və yüksə

.

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı əsasən Lavandula angustifolia (əsl lavanda) başda olmaqla, müxtəlif lavanda növlərinin çiçəklərindən əldə edilən təbii uçucu yağdır. Özünəməxsus xoş ətri və geniş istifadə sahələri sayəsində kosmetika, şəxs

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

turlar.az

toy makiyajlari maskalar yay geyimləri 2026 tərəvəz yeməkləri çanta ayaqqabı balıq və dəniz məhsulları tanışlıq saytı kosmetika buga burcu hamilelik toy gecesı nizami gəncəvi qu quşu