"Ganjlik Mall"ın qarşısında qanlı hadisə
Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma olub.
Xanim.az report-a istinadən bildirir ki, 1996-ci il təvəllüdlü Əliyev Şamil Əhməd oğlu "Ganjlik Mall" ticarət mərkəzinin qarşısında tanışı ilə mübahisə edib.
Nəticədə ona bir neçə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.