Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilər

Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilərBəzi xəstəliklər gizli şəkildə irəliləyə bilir və az simptom göstərir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Dr. Pınar Ergin belə xəstəliklərdən biri olan xroniki böyrək çatışmazlığından danışıb.
Həkim həyat keyfiyyətini aşağı salan və ölümlə nəticələnə bilən bu xəstəliyin düşünülənin əksinə olduqca geniş yayıldığını bildirib. Xəstəliyin əlamətlərini bir-bir sadalayan mütəxəssis gecə saatlarında müşahidə edilən simptoma xüsusilə diqqət çəkib.
"Böyrəklər işləmədikdə, elektrolitlər və tullantı mayelər bədəndə toplanır və onların səviyyəsi yüksəldikcə orqanizmdə ölümcül nəticələrə səbəb ola biləcək problemlər yaranmağa başlayır", - həkim bildirib.
Onun sözlərinə görə, həyati təhlükəsi olduğu üçün müalicəsi çətin bir xəstəlik olan xroniki böyrək çatışmazlığına nə qədər erkən diaqnoz qoyulsa, o qədər yaxşıdır.
Dr. Pınar Ergin xroniki böyrək çatışmazlığının böyrəklərin tədricən öz funksiyalarını itirdiyi uzun bir proses olduğunu vurğulayıb:
"Xəstəlik erkən mərhələdə heç bir xüsusi əlamət yaratmadığı üçün məlumatlılığı nisbətən aşağı olan xəstəliklər qrupuna daxildir.
Bununla belə, bu xəstəlik bütün dünyada ümumi və mühüm ictimai sağlamlıq probleminə çevrilib. Xəstəliyin diaqnozu üçün bəzi testlərdən və ultrasəsdən istifadə olunur. Diaqnoz qoyulduqdan sonra xəstəliyin səbəbi ətraflı analizlər və lazım olduqda böyrək biopsiyası ilə müəyyən edilir. Lakin xəstələrin təxminən 13 faizində heç bir səbəb aşkar edilmir".
Doktor həyat keyfiyyətini aşağı salan, böyük maliyyə yükü gətirən və ölümlə nəticələnə bilən xroniki böyrək çatışmazlığının yüksək risk qrupuna kimlərin daxil olduğunu da açıqlayıb:
"Hipertoniya, şəkərli diabet, ürək-damar xəstəlikləri, ailəsində irsi böyrək kist xəstəliyi və ya böyrək daşı xəstəliyi olanlar, piylənmədən əziyyət çəkənlər, siqaret çəkənlər buraya daxildir. Əgər xəstələr müntəzəm müayinələrdən keçərlərsə, problem hər hansı bir klinik əlamət olmadan fərq edilə bilər və beləliklə, lazımi tədbirlər görülər".
Həkim xroniki böyrək çatışmazlığının gizli əlamətlərini belə sıralayıb:
"Zəiflik, iştahsızlıq, nəfəs darlığı, ürəkbulanma, qan təzyiqinin qeyri-sabitliyi, dərinin solğunluğu, nəfəsdə çürük alma qoxusu, ayaqlarda və göz qapaqlarında ödem, sidik miqdarının azalması, sidiyin rənginin dəyişməsi əsas əlamətlərdir".
O, xüsusilə də gecə yatdıqdan təxminən 2 saat sonra sidiyə getmə ehtiyacı səbəbilə oyanan şəxslərə xəbərdarlıq edib. Mütəxəssis bu əlamətləri ciddi qəbul edib ən qısa zamanda həkimə müraciət etməyi məsləhət görüb.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1152   Tarix: 26 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geyim necə seçməli sade makiyaj sekilleri aksessuarlar 2026 qis modasi maraqlı seksin növləri saglamliq haqqinda kosmetika veten haqqinda atalar sozleri 8 mart toyuq salati xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır qurd ve quzu