"Gedək, çay içək..." - Gəncədə imkansız qadınları pis yola çəkən Cəmilənin - Şok əməlləri

"Gedək, çay içək..." - Gəncədə imkansız qadınları pis yola çəkən Cəmilənin - Şok əməlləriGəncə şəhərində imkansız qadınları fahişəliyə cəlb etməkdə, əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Cəmilə Babayevanın (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, Cəmilə Babayeva 2008-ci ilin yay aylarında tanışı Məhəbbət Səlimovanın maddi cəhətdən imkansız olduğunu bilib. Onu özünün yaşadığı Gəncə şəhəri, Kəpəz rayonundakı mənzilinə gətirib.

İmkansız qadının fahişəliyi...

Cəmilə evində Məhəbbəti kişi müştərilərlə pul müqabilində görüşməyi, göstərilən intim xidmətə görə müştərilərdən əldə olunacaq gəliri aralarında bölməyi təklif edib. O, Məhəbbətə özü müştəri tapacağını deyib. Məhəbbət təklifə razılıq verib.

Cəmilə həmin dövrdən 2016-cı ilin yay aylarınadək müddət ərzində müxtəlif tarixlərdə mənzilində Məhəbbəti tapdığı ayrı-ayrı kişilərlə görüşdürüb.

Kişilərdən fərqli məbləğlərdə pulu Cəmilə alıb, daha sonra mənzilində Məhəbbətlə görüşə şərait yaradıb.

Tanışlıq və fahişəlik

Cəmilə Babayeva 2012-ci ilin yay aylarında Səlbinaz Məlikova ilə tanış olub, onu özünün yaşadığı mənzilə gətirib.

Cəmilə təzə "rəfiqə"sinin imkansız olduğunu bilib və ona pul müqabilində kişi müştərilərlə görüş təklif edib, yaxşı gəlir əldə edəcəyinə inandırıb.

Səlbinazın razılığını alandan sonra Cəmilə deyib ki, əldə olunan gəlirin 40 faizi ona çatacaq, qalan hissəsini isə özü götürəcək. Səlbinaz intim xidmətə görə əldə olunan gəlirin 40 faizini özünə götürməklə təklifə hə deyib.

Həmin zamandan Səlbinaz Cəmilənin tapdığı kişi müştərilərlə sonuncunun yaşadığı mənzildə görüşüb.

O, 2016-cı ilin payız aylarınadək müxtəlif tarixlərdə Cəmilənin tapdığı ayrı-ayrı kişi müştərilərlə fərqli məbləğli pul müqabilində cinsi əlaqədə olub.

Parkda tanışlıq

2013-cü ilə Gəncə şəhərində parklardan birində Cəmilə Babayeva Aybəniz Səmədova ilə tanış olub. Söhbət zamanı o, Aybənizin imkansız olduğunu bilib. Aybənizi evinə gətirib, qabağına çay qoyub, çörək yeyiblər.

Sonra təzə qonağına pul qazanmağın yollarından danışıb. Bundan əvvəl iki qadını evində başqa-başqa kişilərlə görüşdürdüyünü, həmin görüşdən gəlir əldə etdiklərini deyib. Eyni xidməti Aybənizə də təklif edib.

Aybəniz razılaşdıqdan sonra Cəmilə ona intim xidmət üçün kişi müştərilər tapıb.

Qadın Cəmilənin evində 2017-ci ilin fevral ayınadək kişi müştərilərlə görüşə gəlib...

Əməli ifşa edildi, amma azadlıqda qaldı

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Cəmilə Babayevanın əməli ifşa edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlanıb.

İstintaq aparıldığı müddətdə Cəmilə Babayevanın barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Azadlıqda qalmasından faydalanan qadın zərərçəkmişlərə ifadələrini dəyişmələri üçün hədə-qorxu gəlməyə başlayıb.

O, şəxsiyyəti istintaqla araşdırılan Elvin adlı şəxslə cinayət əlaqəsinə girib. Zərərçəkmiş Aybəniz Səmədovaya cinayət prosesini aparan orqana poçt vasitəsilə şikayətinin olmaması barədə yeni ərizə ilə müraciət etməyi və ibtidai araşdırma zamanı verdiyi ifadəsini 1000 manat pul müqabilində dəyişməyi təklif edib.

Zərərçəkmişlər yalan ifadə verməyə məcbur edildi

Aybəniz onun təklifini rədd edəndə Cəmilə yalan ifadə verməsi məqsədi ilə onu pulla ələ almağa cəhd edib. Bu yolla niyyətinə nail ola bilmədikdə isə Elvin adlı şəxslə birgə qadını şantajla, sağlamlığına zərər vurmaqla, özünü və yaxın qohumlarını öldürməklə hədələyib.

Beləliklə, Aybəniz yalan ifadə verməyə məcbur olunub.

Cəmilə Babayeva iş üzrə digər zərərçəkmişlər – Məhəbbət və Səlbinazı da ifadələrini dəyişməyə məcbur edib.

Həbs və əlavə ittihamlar

Bundan xəbər tutan istintaq orqanının təqdimatı ilə Cəmilə Babayeva barəsində həbs qətimkan tədbiri seçilib.

Ona əlavə olaraq Cinayət Məcəlləsinin 29,299.1-ci (şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə pulla ələ almağa cəhd) və 299.2-ci (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə – habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırdıqda şantajla, həmin şəxsləri və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək və ya zədələmək hədəsi ilə törədildikdə – cəhd etmə) maddələri ilə ittiham elan edilib.

Şərti cəza

Kəpəz rayon Məhkəməsinin hökmü ilə Cəmilə Babayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumluq) maddəsi tətbiq edilib.

Ona 1 il sınaq müddəti olmaqla 2 il 10 ay 1 gün müddətinə şərti cəza kəsilib.

Cəmilə Babayevanın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Cəmilə Babayeva apelyasiya şikayəti verib. O, zərərçəkmişlərin böhtanları ilə üzləşdiyini göstərib və barəsində bəraət hökmümün çıxarılmasını istəyib.

Bəraət və həbs davası

Həmçinin zərərçəkmişlər tərəfindən də apelyasiya şikayəti verilib. Onlar Cəmilə Babayevanın həbsini istəyiblər.

Tərəflərin şikayətləri Gəncə Apelyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətlərinin dəlillərini araşdırandan sonda qərar elan edib. Nə təqsirləndirilən şəxsin, nə də zərərçəkmişlərin şikayəti təmin olunub.

Qərardan narazı qalan Cəmilə Babayevanın vəkili kasasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmü istəyib.

Zərərçəkmişlər də Cəmilə Babayevanın həbs edilməsi barədə kasasiya şikayəti veriblər. Onların şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Tərəflərin şikayəti yenə təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 1223   Tarix: 24 yanvar 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mədə problemlərinin gizli səbəbləri məlum oldu

Gündəlik vərdişlər həzm sisteminə ciddi təsir edir. xəbər verir ki, nizamsız qidalanma, səhər yeməyini buraxmaq və uzun fasilələrdən sonra çox yemək mədəyə yük salır. Tələsik və ayaqüstü qidalanma yeməyin düzgün həzm olunmamasın

.

100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO

Dekabrda 100 yaşı tamam olan məşhur amerikalı aktyor və komik Dik Van Dayk uzunömürlülüyünün əsas sirrini açıqlayıb. . xəbər verir ki, o, həyata pozitiv baxmağın və heç vaxt kin saxlamamağın onu gümrah saxladığını bildirib

.

Ən riskli yaş açıqlandı: Kartof yeyərkən iki dəfə düşünün

Kartof məsum görünsə də, ondan çox istifadə etmək təzyiq riskini artırır. Həftədə dörd porsiyanı keçmək bəzi yaş qruplarında qan şəkərini sürətlə yüksəldə bilər və damar sağlamlığına mənfi təsir göstərər.  xəbər verir ki

.

Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?

Kartof püresi soyuduqdan sonra düzgün üsulla yenidən qızdırıla və istehlak edilə bilər. Qızdırma zamanı aşağı və ya orta dərəcəli odun seçilməsi pürenin konsistensiyasının qorunmasına kömək edir. Ehtiyac yaranarsa, az miqdard

.

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir

Yara və çapıq izləri bir çox insan üçün həm estetik, həm də psixoloji narahatlıq mənbəyidir. Xüsusilə üz və əllər kimi görünən nahiyələrdə olan bu izlər gündəlik sosial həyatda özünəinamı azalda bilir. . xəbər verir ki, bahal

.

Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur

Axşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqların

.

Bu testdən keçməyən yumurtanı əsla yeməyin

Aldığınız yumurtanın nə dərəcədə təzə olduğunu anlamaq hər zaman asan olmaya bilər. Evdə tətbiq edə biləcəyiniz bir neçə test sayəsində bayat yumurtaları asanlıqla aşkar edib, potensial zəhərlənmə riskindən xilas ola bilərsiniz

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

Yemək zamanı su içməyin sağlam insanlarda həzmi asanlaşdırdığı bildirilsə də, reflüks xəstələrində mədə daxili təzyiqi artıra biləcəyi ilə bağlı xəbərdarlıq edilib.  xəbər verir ki, xalq arasında yayılmış "yeməklə s

turlar.az

adlarin menasi kosmetik vasiteler yay geyimləri 2026 ariqlamaq ucun kofe qripdən qorunmaq 2026 yaz kolleksiyasi dolma reseptleri kosmetika vətən haqqında bayatılar zencefil nizami gencevi masturbasiya nedir sevda