"Gedirik, pulsuz yeyib-içirik, reklam edirik"- Əkiz bacılar

"Gedirik, pulsuz yeyib-içirik, reklam edirik"- Əkiz bacılarQadinsayti.az Cebhe.info- ya istinadən "Əkiz bacılar"ın "Cümhuriyət" qəzetinə müsahibəsini təqdim edir:

- Çox vaxt film təqdimatlarına, klip təqdimatlarına və digər ictimai tədbirlərə qatılmırsınız. Bunun səbəbi nədir?

Sevil:
- Səmimi demək istərdim ki, çox vaxt tədbirlərə qatılmırıq. Hamı deyir ki, müğənnisiniz, hər yerdə sizi görürük və s. Amma onu deyim ki, hər yerə getmək, hər tədbirdə görünmək adamı ucuzlaşdırır. Amma nadir hallarda qatılanda və öncədən deyiləndə ki, filan tədbirdə filankəs olacaq, istər-istəməz bizə də maraqlı olur həmin insanı görmək.

Dəvət aldığımız, dəvət olunduğumuz tədbirlər hədsiz dərəcədə çoxdur. Hərdən getdiyimiz yerlərdən şəkil çəkdirib instaqrama qoyuruq. O dəqiqə deyirlər ki, pul üçün reklam edirsiniz. Onları başa salmağa çalışırıq ki, biz reklam etmirik, sadəcə olaraq sizə yaxşı və keyfiyyətli olanını tövsiyyə edirik. Eyni şəkildə də tədbirlərə biz özümüzü reklam etməyə getmirik. Əgər dəvət edən bizim dostumuzdursa, tanışımızdırsa biz gedib iştirak edirik.

"3 dəqiqəlik efir üçün bir günümüz gedir"

- Eyni zamanda həm müğənni, həm teleaparıcısınız, həm də tədbirlərə vaxt edib qatılırsınız, toylara gedirsiniz, konsertə də hazırlaşırsınız bu yaxında. Bunların hamısı bir arada sizə çətinlik gətirmir ki?

Sevinc:
- O deyirlər ki, başımızı qaşımağa vaxtımız yoxdur. Bax, bizim vəziyyətimiz elədir. Hamı deyir ki, Sevillə Sevinc bütün günü efirdədi, amma bilmirlər ki, sizin bizi efirdə 3 dəqiqə görməyiniz üçün bizim bir günümüz gedir.
Nə yalan deyək, müxbirliyi də biz edirik, süjet çəkilişləri üçün müğənnilərin evlərinə də gedirik. Hətta qonaqlıqlara da vaxt edib gedirik. Studiyaya gedirik səs yazıları üçün. Klip çəkilişlərimiz olur, fotosessiyalarımız olur. Hamısını da edirik. Təbii ki, çətinlik gətirir. Amma Allah da buyurub ki, bəndələrinə sizdən hərəkət, məndən bərəkət.

"Gedirik, pulsuz yeyib-içirik, reklam edirik"

- İnstaqramda bəzən tanınmışlar pul qarşılığında reklam da edirlər. Siz necə pul qarşılığında reklam edirsinizmi?

Sevil:
- Heç vaxt pul qarşılığında reklam etməmişəm. Edəndə də, ancaq 24 saatlıq olan reklamları qəbul edirik. Nəzərə alsaq ki, Azərbaycanda ən böyük instaqram səhifəsi, ən çox izlənilən səhifə bizimdir və bütün gün efirdə oluruq, deyə reklam mütləqdir. İnandırım sizi ki, "efirdə reklam edəcəyik" deyəndə razı olmurlar, amma səhifəmizdə reklam edəcəyik deyəndə razılaşırlar. Bizim özümüzün getdiyimiz iki-üç məkan var. Yalnız o restoranlara, o məkanlara gedirik. O restoranların adlarını səhifəmizdə yazmağı özümüzə borc bilirik. Amma elə bilirlər ki, gedirik, pulsuz yeyib içirik deyə, reklam edirik.

Xəbərlər     Baxılıb: 2092   Tarix: 19 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

turlar.az

sade makiyaj sekilleri reseptler yay geyimləri 2026 biz və kişilər sizanaqlara qarsi maska qızartma qadın alt paltarları kosmetika xerceng hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qiz evi ucun irem derici qizliq perdesi