Gələcəkdəki çəkinizi müəyyən edən məktəb vərdişləri - yeni araşdırma

Gələcəkdəki çəkinizi müəyyən edən məktəb vərdişləri - yeni araşdırma"Science Direct" portalının yaydığı məlumata görə, yeniyetməlik dövründə formalaşan bəzi təhsil vərdişləri insanın gələcəkdəki bədən çəkisinə və bel ölçüsünə ciddi təsir edə bilər.
Araşdırma nəyi üzə çıxardı?
Pensilvaniya Dövlət Universitetinin sosiologiya üzrə professoru, aparıcı müəllif Miçel Frisko bildirib ki, onilliklərdir aparılan tədqiqatlar ali təhsil diplomlarının uzunmüddətli sağlamlıq və rifahla əlaqəli olduğunu göstərir. Lakin bu diplomlara gətirib çıxaran bir təhsil prosesi var ki, bu da məktəblərdə formalaşır və ailələr tərəfindən dəstəklənir.
"Əgər təhsilin sağlamlığa niyə təsir etdiyini tam anlamaq istəyiriksə, gərək bu prosesə daha əvvəldən - məktəb illərindən baxaq," - deyə tədqiqatçılar əlavə ediblər.
Gələcək çəkiyə təsir edən üç əsas məktəb vərdişi
Sosial-iqtisadi imkanları yüksək və ya özəl məktəblərdə oxuyan şagirdlər illər sonra daha sağlam bədən çəkisinə malik olurlar.
Orta məktəbdə daha inkişaf etmiş, qabaqcıl dərslərdə iştirak edənlərin də gələcəkdə çəkilərini daha yaxşı qoruduqları müşahidə edilib.
Məktəbdə populyar və sosial baxımdan aktiv olan şagirdlərin isə onillər sonra belə daha sağlam bədən formasına sahib olduqları aşkarlanıb.
Professor Friskonun sözlərinə görə, bu təsirlər xüsusilə qadınlarda daha güclü müşahidə olunub. Bu isə cəmiyyətin qadınlara qarşı daha çox "arıq olma" təzyiqi göstərməsi ilə əlaqələndirilir.
"Təhsil müəssisələrində formalaşan sosial qruplar sağlamlıq davranışlarını və həyat tərzini ciddi şəkildə təsir edir. Bu proses ailələrdə başlayır, məktəblərdə davam edir," - Frisko qeyd edib.
Psixoloqdan şərh: "Valideynlər bu amilləri nəzərə almalıdır"
Gələcəkdəki çəkinizi müəyyən edən məktəb vərdişləri - yeni araşdırmaAilə psixoloqu Nabat Mirzəyeva mövzu ilə bağlı Milli.Az-a açıqlamasında bildirib ki, məktəb dövründə formalaşan sosial və təhsil mühiti uşaqların psixoloji inkişafına birbaşa təsir edir və bu, gələcəkdə onların sağlamlıq vərdişlərinə də sirayət edir:
"Sosial baxımdan aktiv uşaqların özlərinə inamı daha yüksək olur. Bu inam onların sonrakı illərdə idmanla məşğul olmaq, sağlam qidalanmaq və özlərinə baxmaq kimi davranışlarına təsir edir. Eyni zamanda, akademik uğur uşaqlarda məsuliyyət hissini gücləndirir. Bu da sağlamlıqla bağlı qərar verməyi asanlaşdırır," - deyə psixoloq vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, ailələr uşaqların təhsil aldığı mühitin yalnız akademik deyil, həm də sosial və psixoloji təsirlərini nəzərə almalıdır:
"Valideynlər məktəb seçimində yalnız reytinqə və akademik göstəricilərə yox, həm də uşağın orada özünü necə hiss edəcəyinə diqqət yetirməlidir. Uşağın sosial çevrəsi, müəllimlərlə münasibəti və dərsdənkənar fəaliyyətlərə qatılması da onun gələcək psixoloji və fiziki sağlamlığında önəmli rol oynayır".
Xəyal Abdullayev
Milli.Az

Xəbərlər     Baxılıb: 1900   Tarix: 04 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

kosmetika mehsullari qadin sayti donlar 2026 kaktusa qulluq aliment almaq allergiya dirnaq manikuru kosmetika maraqli hakistalar orqazm kəlamlar masturbasiya nedir atalar sozleri