Gəlin qayınana problemlərinin səbəbləri

Gəlin qayınana problemlərinin səbəbləriEyni kişinin gözündə vacib görünmək istəyi qayınanalar və gəlinlər arasında mübahisələrə səbəb olur. Qısqanclıq və bir-biriylə yola getməməyi nəticəsində hətta qadınların bir-birinə inanılmaz pisliklər etməsi də müşahidə olunmuşdur. Səbəblərə birlikdə baxaq.

Qayınana ərindən görmədiyi nəvazişi, sevgini oğlundan istəyir.

Qayınanalara görə hətta ideal cütlüklərdə belə mübahisələr ortaya çıxır.

Ailə şiddəti müşahidə olunan ailələrdə ərin arvadını döyməyinin əsl səbəbi çox vaxt kişinin anası olur.

Əgər qayınana gəlin olduğu vaxtlar şiddətə, təhqirə, təzyiqə və ya travmalara məruz qalmışsa, evinə gələn gəlininin də həmin hissləri keçirməsini istəyir.

Əgər oğul övladı qadının yaşamaq üçün ümid etdiyi yeganə insandırsa, bu zaman qayınana gəlin münasibətləri daha gərgin vəziyyətə çatır. Digər bir tərəfdən qayınana oğlunun sevgisini və şəfqətini heç kimlə paylaşmaq istəmir.

Problem və gərginlik yaradan qayınana düşüncələri: "Bu uşağı mən dünyaya gətirdim, onun hər zaman mənə ehtiyacı var. Onu qorumalıyam. Oğlumun məni unutmamağı üçün onun həmişə yanında olmalıyam. Nəzarət məndə olmalıdır. Oğlumun evi mənim evimdir."

Gəlinini və hər şeyi olduğu kimi qəbul edən qayınana düşüncələri: "Mən oğlumu çox sevirəm və onun xoşbəxt olmasını, həyat yoldaşı ilə bərabər qarşılıqlı anlayış içərisində yaşamasını arzu edirəm. Oğlum mənim sahib olduğum bir hal deyil, onun mənim övladım olmasından qürur duyduğum bir insandır. Əlbəttə həyat yoldaşı ilə müəyyən məsələlərdə bir-birilərini başa düşməyəcəklər, bəzi hallarda bu mübahisəyə də çevriləcək. Amma mən heç bir vəchlə onların şəxsi həyatına müdaxilə etməyəcəm. Onları təcrübə qazanaraq, bunu gələcəkdə öz övladları ilə paylaşmalıdırlar. Gəlinimlə aramızda hər hansı anlaşmazlıq baş versə, ortaya məsələdən agah etmədən sakitcə problemi yoluna qoymağa çalışmalıyam."

Problem yaradan gəlin düşüncələri: "Qayınanam bütün məsələlərdə işimizə qarışır. Mütəmadi olaraq nəyi necə etməli olduğum barədə mənə göstəriş verir. Sanki oğluna xidmətçi olaraq gəlmişəm bu evə. Sanki mənim yeganə işim onun oğlunu xoşbəxt etməkdən ibarət olmalıdır. Hər fürsətdə mənim qeybətimi edir. Hər fürsətdə oğluna məndən şikayət edir, mənim etdiklərimi səhv kimi göstərir, bizim mübahisə etməyimizə çalışır. Oğlundan məni ayırmaq üçün əlindən gələn hər şeyi edir. Hər fürsətdə mənim nöqsanlarımı şişirdərək oğluna söyləyir. Uşaqlarıma mənim haqqımda tamamilə yalan şeylər danışır. Əşyalarımı qarışdırmasından nifrət edirəm. "

Məsələlərə obyektiv yanaşan gəlin düşüncələri: "Bu qadın mənim ərimin anasıdır. Əlbəttə ki, xüsusiyyətləri və xarakteri etibarilə mənim anamdan fərqli bir qadındır. Onun hərəkətlərinin mənə qarşı yönəldiyini düşünərək bir qərar çıxarmamalıyam. Əksinə oğlunu itirməkdən qorxan bir qadının həyəcanı olaraq düşünüb, anlamağa çalışmalıyam. Onun pis qadın olmadığını bilirəm. Qayınanamın məni incitməsinə imkan verməyəcəm, ancaq özüm də onu incitmək üçün heç bir halda fürsət axtarmayacam. Qayınanam ilə aramızda bir problem olduğu zaman ərimin mənim əvəzimə məsələni həll etməsini gözləməyəcəm. Yoldaşımı seçim qarşısında qoyaraq evliliyimizi təhlükə altında qoymayacam."

Yuxarıda yazılanlar bir çoxlarınıza yaxşı tanışdır. Ancaq burada məsləhət verməli olsaq, obyektivlikdən bir qədər uzaqlaşmış olacağıq. Çünki hər bir fərd individual olduğu qədər, onun hiss və düşüncələri, mühakimə qabiliyyəti də fərqlidir. Sadəcə bir şeyi unutmaq lazım deyil: anaların canlarından əziz tutduqları övladları da sevərək kimisə evinizə gətirib. Bu zaman gəlininə qarşı aqressiv olan qayınananın oğluna olan məhəbbəti nə qədər səmimidir? Gəlinlər isə qarşılarındakı qadının sevərək ərə getdikləri kişinin canından artıq sevdiyi bir insan olduğunu unutmamalıdırlar. Əks halda gəlin öz sevgisində nə qədər səmimidir...?

Ailə və Uşaq     Baxılıb: 3089   Tarix: 26 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

turlar.az

geyim şəkilləri qaşların formalari makiyaj instagram dirnaq manikuru ədəbiyyat testləri hicab baglama usullari cinsi mövzular kosmetika sac duzumleri kökəlmək üçün haxışda ziyafet geyimleri sevda