Gəlin-qaynana mübahisəsində günah kimdədir?

Gəlin-qaynana mübahisəsində günah kimdədir?Bu mövzuda hər nə qədər çox yazılmış, üzərinə filmlər və seriallar çəkilmiş olsa da, hər çağın gündəmdən düşməyən baş mövzusu gəlin-qayınana əlaqəsidir.

Gəlin-qaynana mübahisəsində günah kimdədir?

Evliliklərdə hörməti ən çox pozan problemlərin başında gəlin-qayınana arasında yaşanan, düşününcə əslində ər-arvadın birə-bir yaşamadığı bir problem olması qulağa qəribə gəlmirmi?

Görəsən başlıca səbəb iqtidar döyüşüdürmü?

Bu problemin iqtidar döyüşündən qaynaqlandığını neçə qadın etiraf edə bilər bilmirəm. İşin özünə baxsanız, bəhanə olaraq təqdim edilsə belə, əslində gəlin də qayınana da çox vaxt bir-birlərinin tərzini qəbul etmiş olur. Hər iki qadın üçün də əsl səbəb bir-birlərindən həzz almamaları, ya da bir-birlərini əsla bağışlaya bilməyəcək olmaları da deyil. Əslində iki qadın da kimin daha güclü olduğunu və oğulun üzərində kimin daha təsirli olduğunu ölçməyə çalışır. Kişi kimin yanında iştirak etsə, o qadın özünü digərindən daha üstün hiss edir və göz dağı vermiş olur.

Niyə qayınanaların bu problem səbəbiylə gəlinləri qədər təsirlənmədiklərini düşünsək, əslində həllin bir parçasını da görmüş olarıq.

Çünki hər qayınana bir şəkildə gəlinini təsdiqləmir və arvadına uyğun gəldiyi üçün oğuluna da hirslənir, amma bir neçə qayınana bir araya gəldiyində dərdləşib, geri addım atmaq məcburiyyətində qaldıqları nöqtəni isə "nə edim, uşağımın xoşbəxtliyi üçün dözürəm" deyə açıqlayırlar. "Analıq" fədakarlığı etdiklərini vurğuladıqları bu nöqtədə də bir-birlərini təqdir edərək ucaldırlar. Üstəlik onların da öz qayınanaları ilə zamanında yaşadıqları problemlər səbəbləriylə daha təcrübəli olduqlarını da unutmamaq gərəkir.

Halbuki gəlinlər, kilidləndiklərini hiss etdikləri və ərlərinə analarına qarşı istədiklərini etdirə bilmədikləri nöqtədə, bunu bir uduzma olaraq qəbul edirlər.Ərlərinin analarının tərəfini tutduqlarını düşündükləri müddətdə ər üçün fədakarlıq etmələri də mümkün ola bilməyəcəyindən, bu uduzma içlərində gedərək bir hirs topuna çevrilir və həm öz həyatlarını, həm də evliliklərini cəhənnəmə çevirirlər.

Hər gəlinin, bu nöqtədə duyğularıyla deyil ağılıyla davranması gərəkdir;

1- Əvvəlcə qayınananızla yaşadığınız problem onunla sizin aranızdadır; sizin yaşadığınız problemin həlli yoldaşınızda deyil, sizdədir.

2- Qayınananıza qarşı müsbət duyğular bəsləmirsinizsə və onun yaxşı niyyətli davrandığını düşünmürsünüzsə belə, niyə sizi üzən bir insana görə yoldaşınızla mübahisə edəsiniz? Siz ərinizlə mübahisə edərkən böyük ehtimal ki, o evdə hüzur içində serialını seyr edir.

3- Siz hər nə qədər hirsli olursuz olun, unutmayın ki o yoldaşınızın anasıdır. Yoldaşınız əsla anasını sizin gözünüzdən görə bilməyəcək, problemi sizin kimi şərh etməyəcək, şərh etsə də etiraf etməyəcək.

4- Yoldaşınızın sizi qorumasını gözləməyin, siz özünüzü -hörmət və nəzakət çərçivəsində- qoruya biləcək qədər böyüksünüz. Yoldaşınızsa anasının qarşısına hər keçdiyində, dəcəllik etdiyi üçün, danlaq eşitdiyi qısa şalvarlı günlərinin psixologiyasında olacaq.

5- Yoldaşınıza əsla "ya o, ya mən" deməyin. Özünüzü, sizə görə səhvli davranan bir insanla eyni səviyyəyə qoymanın məntiqi yoxdur. Üstəlik heç kim təhdid altında seçki edərək xoşbəxt olmaz.

6- Qayınananızdan şikayət edib dayanmaq və evdəki hüzurunuzu pozmaq yerinə bu problemi necə həll edəcəyinizi düşünün. Qayınananızın sizə olan davranışlarını dəyişdirmək istəyirsinizsə, bu mövzuda sizin nə edə biləcəyinizi düşünün. Kimsə siz istəyirsiniz deyə dəyişməz, ancaq sizə necə davranılacağını siz təyin edərsiniz.

Ailə və Uşaq     Baxılıb: 3790   Tarix: 28 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

turlar.az

hamiləlik toy makiyajlari geyim şəkilləri balaca qablarda keks uşaq yeməyi ayaqqabı elm ve bilik haqqinda atalar sözləri kosmetika naz mila əfsanələr qadin.az haxisdalar sağlamlığa aid atalar sözləri