Gənc ifaçı Röya Ayxana mahnı ithaf etdi: " SEVGİLİM ..." - VİDEO

Gənc ifaçı Röya Ayxana mahnı ithaf etdi: " SEVGİLİM ..." - VİDEOSon dönəmlər yaradıcılıq işlərində inamlı addımlar atan, başını aşağı salıb, öz işləri ilə məşğul olan, qalmaqaldan uzaq olub "reggae" janrında ifa edən reper Jay hun Bizimyol.info-ya müsahibə verib:

- Ceyhun, neçə ildir bu sahədəsən?

- 3 ildir artıq ...

- Bu 3 ildə qalmaqalsız, ancaq öz işinlə məşğul olan ifaçılardansan.

- Məncə əslində ifaçı, reper belə olmalıdır. Demək olar ki, bir çox məşhurlarla duet ifa etmişəm, xaricdə məşhur olan reggae janrını Azərbaycanda ifa edən tək-tük ifaçılardanam. Bu janrın öz dinləyicisi, öz auditoriyası var.

- Bəs bu 3 il ərzində ən məşhur mahnın hansıdır?

- Ən məşhuru "Bir gün" adlı mahnım olub.

- "Bir gün" sənin vizit kartın hesab oluna bilərmi?

- Əlbəttə. Artıq həmin mahnının "Youtube" kanalında 550 mindən çox baxış sayı var.

- "Bir gün, məni axtaracaqsan, bu həyatda tapmayana kimi ...Sən mənsiz tək qalacaqsan oyanandan yatmayana kimi ..." Əslində "Bir gün" mahnısı mənim də xoşuma gəlir. Necə yarandı ... ?

- Fərid Ağanın studiosına getdim, danışdıq və mahnıya qulaq asdım. Buna kimi daha çox rep oxuyurdum. Daha sonra mahnı janrına keçmək istəyirdim. Səsimə qulaq asdı. "Bir gün" reggae janrında olan mahnıdır. Düzdür, bu stil çox populyar olmayıb hələ ki ... Ancaq inanıram ki, yaxşı olacaq.

- Özün də qeyd etdin ki, "Bir gün" mahnısı rekord sayda baxış əldə edib. Bu uğuru necə əldə etdin?

- Hər mahnıdan mahnıya özümü daha çox inkişaf etdirirəm. Birinci növbədə mənə bu işlərdə uğur qazandıran odur ki, öz üzərimdə daim işləyirəm. Hər əvvəlki işimi özümə təcrübə kimi hesab edirəm. Bu işlərdə Fərid Ağanın, Şəhriyarın və Kamal Qarabasmanın da payı var. Düzgün komanda ilə işləyirəm.

- Ceyhun, mənimlə razılaşarsan ki, şou-biznesdə irəliləmək üçün gərək sənin yanında hansısa məşhur olsun, ya da pulun olmalıdır. Səndə bunlardan hansılardır?

- (gülür-red) Mən inanmıram ki, ancaq 2 variant var. Başqa adekvat çıxış yolu da mütləq olmalıdır.

- Sən sırf istedad deyirsən?

- İstedad və kreativ ideya. Mən buna inanıram. Nə qədər fərqlilik etsən, o qədər də irəliləyə bilərsən.

- Gələk yepyeni mahnın "Sevgilim"ə ... Bu mahnı kimə ithaf olunub, özündən eşidək.

- Çox sevdiyim, xanımlığına, özünə hörmət etdiyim əməkdar artist Röya Ayxana ithaf olunub.

- Röya xanımı belə çox istəyirsən ki, ona sevgilim deyə müraciət edirsən?

- Onun sənətinə, xasiyyətinə, əzminə, qadın olaraq necə belə inadkar, səbrli olub uğur əldə etməyinə heyranam. İnsan yalnız sevgilisinə belə müraciət etmir ki ...

- İnanırsan nə vaxtsa Röya kimi məşhur olacaqsan?

- O barədə heç fikirləşməmişəm. Ancaq həyatda onu bilirəm ki, mümkün olmayan heç bir şey yoxdur.

- Bəs necə oldu ki, bu mahnını Röya xanıma həsr etdin?

- Ümumiyyətlə, hər bir mahnının ruhu olur. Hər mahnıda kimisə fikirləşirsən, gözünün qarşısına hər hansı bir hadisəni gətirirsən. Onda daha ürəkdən oxuyursan. Həmin zaman gözümün qabağına Röya gəldi və oxudum... Mahnının musiqisi Fərid Ağaya, sözləri Kamal Qarabasmaya aiddir. Mahnı "reggae step" janrında yazılıb. Bu mahnıya klub janrını sevənlərdə qulaq asa bilərlər.

- Mahnını Röya xanıma həsr etməkdə məqsəd odur ki, nə isə umacağın və ya qarşılıq gözləməyin var?

- Bir insana hədiyyə verirsən, məgər ondan qarşılıq gözləyirsən ? Yox, əlbəttə. Bu, ürəkdən gələn, saf hisslərin təccəsümüdür. Belə daha mənalı və saf olur. Məşhurlaşmaq üçün bunu etməmişəm. Daxilində olan hissləri açıq-aydın həmin insana çatdırmalısan. Mahnı hissləri ifadə etməyin bir formasıdır.

- Bəlkə də Röya xanım fikirləşəcək ki, onun adından istifadə edib məşhur olmaq istəyirsən ...

- İnanmıram belə düşünər. Hər ifaçının ilk başlayanda çətinliyi olur. Mən şükür Allaha, bu işlə sırf marağım həvəsim olduğu üçün məşğulam. Röya xanımı da niyə çox istəyirəm izah etdim.

- Ceyhun necə tip insandır?

- Mən daha çox xəyalpərəst insanam. Qurduğum xəyyallara görə vuruşan biriyəm. Boş xəyal quran biri deyiləm.

- Ceyhunun sevgilim deyəcək bir yarı varmı?

- Yoxdur.

- Bəs nə vaxtsa qız fanatınla ailə həyatı qurarsan?

- Bu barədə fikirləşməmişəm. Ancaq qismətdir ... hələ 25 yaşım var.

Xəbərlər     Baxılıb: 1713   Tarix: 25 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dondurmanın bilmədiyimiz faydaları

Dondurma yalnız yay aylarının sevilən şirniyyatı deyil, eyni zamanda bir sıra faydaları ilə də diqqət çəkir.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dondurma tərkibində olan süd məhsulları sayəsində kalsiumla zəngindir

.

Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir

Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə v

.

Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib. xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Bu tərəvəz əsl MÖCÜZƏDİR

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir. qafqazinfo-ya istinadən xəbər verir ki, bu tərəvəz A vitamini ilə zəngindi

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

Bu vitaminləri ehtiyacınız yoxdursa, içməyin - XƏBƏRDARLIQ

Son illərdə vitamin və mineral əlavələrinin nəzarətsiz istifadəsi sürətlə artıb. qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan tövsiyələr, tanış məsləhətləri və "tez effekt" vədləri səbəbində

turlar.az

yemek reseptleri sade makiyaj sekilleri həkim məsləhəti qaraqoyunlu dərəsi dogusdan sonra matkanin yigilmasi silikon dodaq məmməd ismayıl kosmetika baldiza aid hakisda kahfe fali hakista sozler dostluq baldiz