Gənclərdə ürək xəstəlikləri artmaqdadır - mütəxəssislər xəbərdarlıq edir

Gənclərdə ürək xəstəlikləri artmaqdadır - mütəxəssislər xəbərdarlıq edirSon illərdə 20-30 yaş arası gənclər arasında ürək-damar xəstəlikləri və qəfil ürək tutmaları hallarında artım müşahidə olunur.
"BBC News"un araşdırmasına görə, həm genetik, həm də həyat tərzi ilə bağlı amillər gənclərin ürək sağlamlığına ciddi təsir göstərir. Beyrut Amerika Universitetinin kardioloqu Samir Alam son 10 ildə gənclərdə infarkt və insult hallarının kəskin artdığını bildirir. ABŞ-da aparılan tədqiqat isə 30-45 yaş arası şəxslərdə ürək xəstəliklərinin son 15 ildə 50% artdığını göstərib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2019-cu ildə dünyada bütün ölümlərin 32%-i ürək-damar problemləri ilə bağlı olub.
Əsas risk faktorları
həkimlər bildirir ki, risk faktorları arasında:
Oturaq həyat tərzi
Sürətli qida istehlakı və piylənmə
Yüksək təzyiq və xolesterin
Diabet
Tütün və elektron siqaret istifadəsi
Xüsusilə elektron siqaretlərin "təhlükəsiz" olması barədə yanlış təsəvvürlər gənclərdə riskləri artırır.
COVID-19 və stress də riskləri yüksəldir
Mütəxəssislər qeyd edir ki, COVID-19 keçirmiş şəxslərdə üç ilədək infarkt və insult riski iki dəfə artır. Həmçinin psixoloji stress, yüksək kortizol səviyyəsi və şəhər səs-küyü damarların sərtləşməsinə və tıxanmasına səbəb olaraq gənclərdə ölümcül halları artırır.
Profilaktika daha vacibdir
Mütəxəssislər profilaktikanın həkim müayinəsindən daha vacib olduğunu vurğulayır. Tövsiyələr arasında:
Siqaretdən imtina etmək
Sağlam qidalanmaq
Həftədə ən azı üç gün, hər dəfə 30 dəqiqə aktiv fiziki hərəkət etmək
Kişilərə 40 yaşdan, qadınlara isə 45 yaşdan etibarən müntəzəm ürək müayinələri məsləhət görülür.
Milli.Az

Xəbərlər     Baxılıb: 1175   Tarix: 12 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

qaşların formalari geymler 2026 hamiləlik 2026 yay donlari öpüşmək sanamalar cinsi münasibət kosmetika rus dilini öyrənək 2 ci dərs azərbaycan burcler haqqinda gəncə haxışda