Gənənin dişlədiyi şəxslə təmasda olanlar 14 gün ərzində... – Həkim təhlükədən danışdı

Gənənin dişlədiyi şəxslə təmasda olanlar 14 gün ərzində... – Həkim təhlükədən danışdıGənənin dişlədiyi şəxslə təmasda olanlar 14 gün ərzində nəzarət altında saxlanmalıdır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu Dos. Dr. Rıza Çıtıl bildirib.
"Krım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi olan şəxslərlə birbaşa təmas qurulmamalıdır. Onlarla təmasda olan şəxslərdə 14 gün ərzində əlamət və simptomların üzə çıxıb-çıxmadığı təqib edilməlidir", - deyə həkim qeyd edib.
Bu yoluxucu xəstəliyin yüksək ölümcül olduğunu xatırladan həkim bunları söyləyib:
"KKKA ilk dəfə 1944-cü ildə Rusiyanın Krım bölgəsində sovet əsgərləri arasında müşahidə edilib. Hazırda bütün dünyada yayılmış bir xəstəlikdir. Türkiyə də daxil olmaqla, Afrika, Asiya, Yaxın Şərq və Cənub-Şərqi Avropanın 50-dən çox ölkəsində endemik olduğu bilinir. Yoluxmalar daha çox yaz və yay aylarında, yəni xəstəliyin ötürülməsində əsas rol oynayan gənələrin aktivləşməyə başladığı vaxtlarda müşahidə olunur".
Həkim bildirib ki, ətraf mühit və iqlim dəyişiklikləri, qlobal istiləşmə, çöl quşlarının və heyvanların nəzarətsiz hərəkətləri kimi bir çox faktor KKKA xəstəliyinin yayılmasına təsir edir:
"Xəstəlik yoluxanların təxminən 5 faizində ölümlə nəticələnir. Bəzi hallarda ölüm nisbəti 30 faizə çata bilər".
O, gənənin dişlədiyi xəstələrdə üzə çıxan simptomlardan da danışıb:
"Gənənin dişlədiyi insanlar 10 gün ərzində zəiflik, iştahsızlıq, qızdırma, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, qusma və ya ishal kimi simptomlarla qarşılaşa bilərlər. Bu əlamətlərdən biri və ya bir neçəsi baş verərsə, dərhal həkimə müraciət etməlidirlər. Bu şəxslərlə əlaqə quranların da vəziyyəti 14 gün ərzində izlənilməlidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Xəbərlər     Baxılıb: 1024   Tarix: 02 iyun 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gelinlikler geyim dəbləri yay kolleksiyasi buga burcu 2026 gavali haqqinda paltar olmaq məlhəmlər kosmetika laylalar hakisda novruz bayramına aid bakışta xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gulmeli hakista