Geomaqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ

Geomaqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ"Günəşin səthində 24 ləkə və 2 fəallıq qrupu (ləkələr toplusu - AR) müşahidə olunur. Diskin kənarına yaxın yerləşən aktiv regionlar AR 2625 və 2626 nisbətən maqnit konfiqurasiyasına malik olduğundan bu regiona daxil olan Günəş ləkələrinin yaxınlığında güclü alışmanın baş vermə ehtimalı aşağıdır. Bir azdan bu aktiv regionlar Günəşin fırlanması səbəbindən görünən diskin ortasına yaxınlaşaraq "geoeffektiv" olacaq. Bu vəziyyətdə alışma baş verərsə, onlar Yerə birbaşa təsir edəcək".

Qadınsaytı.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1-dir (maksimum 9 olur) və bu da zəif həyəcanlaşma deməkdir. Bu gün-sabah, xüsusilə də 18-19 yanvar tarixlərində geomaqnit həyəcanlaşmasının artacağı, böyük ehtimalla yuxarı en dairələrində G1 səviyyəli geomaqnit qasırğasının baş verəcəyi gözlənilir: "Maksimal şkala G5-dir və bu cür qasırğalar nadir hallarda baş verir. Hazırda planetlərarası maqnit sahəsinin (PMS) "zkomponenti"nin cənub istiqamətini göstərməsi həyəcanlaşma ehtimalını bir az da artırır - bu halda yüklü plazma zərrəciklərinin Yerin maqnitosferinə asan daxil olması üçün əlverişli fiziki şərait yaranır. Geomaqnit həyəcanlaşmasının (və hətta geomaqnit qasırğasının) 18-19 yanvarda baş verməsinin əsas səbəbi Günəş səthində (mərkəzində) hazırda mövcud olan və kanyonabənzər "tac dəliyi"ndən ("coronal hole" - CH) başlanğıcını götürəcək yüksək sürətli (650km/san-dən böyük) Günəş plazma küləyinin təsiri olacaq ("tac dəlikləri" demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir). Yerətrafı fəzaya çatan yüksəksürətli plazma küləyi Yerin maqnit sahəsi (Yer maqnitosferi) ilə təmasda olaraq geomaqnit həyəcanlaşmasına səbəb olacaq".

E.Babayev əlavə edib ki, cari gözlənilən qasırğa yuxarı en dairələrində daha effektiv olacaq və bizim yerləşdiyimiz orta coğrafi en dairələri üçün təsirin orta olması gözlənilir. Sağlam insanlar üçün narahatlığa səbəb yoxdur, lakin qış günlərinin meteoroloji şəraitinin tipik və kəskin dəyişmələri (atmosfer təzyiqi, temperatur, külək) kosmik hava şıltaqlıqları ilə tandem təşkil etdikdə risk qrupuna daxil olan insanlar üçün diskomfort yarana bilər: "Neqativ təsir bu gün, sabah, həmçinin 19 yanvarda hiss ediləcək, xroniki xəstələr (xüsusilə də, ürək-qan- damar xəstəlikləri olan insanlar), ahıl insanlar və azyaşlılarda bu, özünü bir az qabarıq şəkildə büruzə verəcək. Həkim məsləhəti əsasında profilaktik (qabaqlayıcı) tədbirlərin görülməsi faydalı ola bilər. Geomaqnit həyəcanlaşmaları kosmik hava şəraitini mürəkkəb və əlverişsiz edir. Yazılanlar analizlər əsasında verilmiş proqnozdur, real geomaqnit vəziyyətin bu gün, sabah, həmçinin 19 yanvar tarixlərində nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən də asılı olacaq".

Xəbərlər     Baxılıb: 1507   Tarix: 17 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

turlar.az

reseptler kosmetoloq kosmetik vasiteler hakişta 2026 un geyimleri gəlin paltarları zirincin faydalari kosmetika xerçeng opusme bayatılarımızda vətən həsrəti kokelmek novruza aid hakışda