Geomaqnit qasırğası insan orqanizminə necə təsir edir?

Geomaqnit qasırğası insan orqanizminə necə təsir edir?Ötən əsrin əvvəllərindən etibarən Həkimlər xəstələrə müalicə yazarkən yaşadığımız ətraf mühitin meteoklimatik amillərini də nəzərə alırlar.
Çünki bu faktorların insan orqanizminə bəlli təsiri var.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının assistenti, Tədris Terapevtik klinikasının terapevt-kardioloqu Arzu Bəydəmirova məlumat verib.
A.Bəydəmirovanın sözlərinə görə, xarici mühit amillərinin insan orqanizminə təsirinin öyrənilməsində yerin maqnit sahəsinin, xüsusən geomaqnit qasırğaları zamanı müxtəlif funksional sistemlərdə baş verən dəyişikliklərin araşdırılması mühüm yer tutur: "Dünya Səhiyyə Təşkilatının hesabatına görə insan orqanizminə ultrakiçik tezlikli sahələrin təsiri neyrohəssaslıq, neyroendokrin sistem, neyrodegenerativ pozuntular yaradır ki, bu da kəskin, xroniki bioloji effektlərin əmələ gəlməsinə səbəb olur. Məlum olub ki, günəş qığılcımından dərhal sonra insanların vəziyyəti pisləşir. Bu vəziyyət maqnit qasırğasının başlanması ilə maksimal həddə çatır. Bu, onunla izah olunur ki, günəş qığılcımından təxminən 8 dəqiqə sonra günəş işığı yerin atmosferini keçir və orada orqanizmin fəaliyyətinə təsir edir. Geomaqnit qasırğasından 1 gün əvvəl müxtəlif patoloji reaksiyaların artması məhz bununla əlaqədardır. Bu ona görə baş verir ki, insan orqanizmində maqnitə həssas reseptor sistemi mövcuddur. Məsələn, oriyentasiyaya görə cavabdeh olan mərkəz qlabbelladan 3-4 santimetr dərinlikdə - yəni pazabənzər sümüyün beyinlə, qoxu və görmə sinirləri ilə birləşdiyi nöqtədə yerləşir. Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
Həkim kardioloq bildirib ki, adrenalin və noradrenalin trombositlərin aqreqasiyasının güclü indikatoru sayılır. Onların sintezinin sürətlənməsi bir tərəfdən damarların daralmasına, digər tərəfdən isə hiperkoaqulyasiyanın artmasına səbəb olur.
"İlk reaksiya arterial təzyiqin artmasıdır. Bu da öz növbəsində kapillyar qan dövranında qanın hərəkət sürətini zəiflədir, həmçinin mikrosirkulyator damar torunun spazmını yaradır. Kapilyar qan dövranında pozulma hallarında qadınlara nisbətən kişilərdə daha çox rast gəlinməsi də bununla izah edilir. Maqnit qasırğası zamanı böyrəküstü vəzidə yerləşən maqnit reseptorların qıcıqlanması nəticəsində kortikosteroidlərin də sintezi sürətlənir. Nəticədə vegetativ sinir sistemində tarazlıq pozulur. Bu da bütün üzvlərdə ciddi dəyişikliklərin baş verməsinə səbəb olur. Həmin dəyişikliklərin başlıca hədəfi ürək-qan damar sistemi olur. Ürək-qan damar sistemi tərəfindən ilk reaksiya arterial təzyiqin yüksəlməsi kimi özünü büruzə verir. Bu, ilk növbədə geomaqnit qasırğasının təsirindən qanda hormonların konsentrasiyasının dəyişməsi ilə əlaqədardır", - deyə terapevt-kardioloq diqqətə çatdırıb.
Həkimin sözlərinə görə, qasırğa zamanı sağlam orqanizm özünü daha yaxşı hiss edir: "Bir sıra tədqiqatlar insanların ümumi vəziyyəti ilə "maqnit qasırğası"nın gücü arasında əlaqənin olduğunu təsdiq edir. Amma hər kəs geomaqnit qasırğasına eyni reaksiya vermir, burada orqanizmin fərdi xüsusiyyətləri rol oynayır. Sağlam və xəstə orqanizm geofiziki şəraitə və kosmik dəyişiklərə eyni reaksiya vermir. Zəifləmiş, yorğun, emosional cəhətdən qeyri-stabil şəxslərdə enerji dəyişiklikləri, immunoloji müdafiəyə, orqanizmin müxtəlif fizioloji sistemlərinin vəziyyətinə, psixi gərginliyi təsir edir. Psixoloji və fiziki cəhətdən sağlam orqanizm öz xarici mühitinə uyğun daxili imkanları dəyişmək qabiliyyətinə malikdir. Bu zaman onlarda immun sistem aktivləşir, buna müvafiq sinir və endokrinoloji sistemlərin fəaliyyəti, iş qabiliyyəti saxlanılır. Subyektiv olaraq, sağlam orqanizm özünü daha yaxşı hiss edir.
Beləliklə, geomaqnit qasırğası zamanı arterial təzyiqin yüksəlməsi xüsusiyyətlərini araşdırdıqda məlum olur ki, bu orqanizmin xarici qıcıq faktorlarına qarşı verdiyi reaksiya, zəncirvari bir prosesdir. Bu proses zamanı orqanizmin demək olar ki, bütün üzv və toxumalarında ciddi dəyişikliklər gedir. Bu dəyişiklər də həyati vacib orqanların funksiyalarını da dəyişir. Buna görə də geomaqnit qasırğası zamanı ən çox zərbə alan da həmin həyati vacib orqanlar olur. Həmin orqanlar da xarici qıcıq olan geomaqnit qasırğasına qarşı müxtəlif patoloji reaksiyalarla cavab verir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1295   Tarix: 13 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

geyim şəkilləri hamilelikde qidalanma sac duzumleri praktik məsləhətlər sizanaqlar qrip xəstəliyi elm haqqinda atalar sözləri kosmetika novruz haqistalari oyunlar bir arzum var hakışta qız bürcü