"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər

Alimlər uzun illərdir böyüklərdə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzisinin, əslində immun sistemini dəstəkləyərək xərçənglə mübarizədə və ürək sağlığında mühüm rol oynadığını sübut ediblər.
Milli.Az xəbər verir ki, tibb dünyasında uzun illərdir yeniyetməlik dövründən sonra "kütləşmiş və funksiyasız" qəbul edilən timus vəzisi müasir texnologiyanın işığında yenidən qiymətləndirilir. "Mass General Brigham" tədqiqatçıları tərəfindən aparılan və süni intellekt alqoritmləri ilə dəstəklənən iki ayrı araşdırma döş qəfəsinin yuxarı hissəsində yerləşən bu orqanın yetkinlik dövründə də vacib funksiyalara malik olduğunu sübut edib.
Ənənəvi tibb təlimi timus vəzisinin yeniyetməlikdən sonra kiçilərək yağ toxumasına çevrildiyini və immun hüceyrəsi istehsalını dayandırdığını müdafiə edirdi. Lakin tədqiqatçılar minlərlə kompüter tomoqrafiyası (KT) müayinəsini süni intellektlə analiz edərək bu fikri ciddi şəkildə sarsıtdılar.
Professor Huqo Aertsın rəhbərlik etdiyi komanda sübut etdi ki, sağlam və aktiv timus vəzisinə malik böyüklər, bu orqanı erkən dövrdə sıradan çıxan şəxslərə nisbətən nəzərəçarpacaq dərəcədə daha uzun yaşayır və onlarda ürək-damar xəstəliklərinə tutulma riski xeyli aşağıdır.
İmmunoterapiya alan xəstələr araşdırıldıqda, timus vəzisi sağlam və aktiv olanların müalicəyə daha güclü cavab verdiyi ortaya çıxıb. Məlumatlara görə, aktiv timus quruluşuna malik xərçəng xəstələrində:
Xəstəliyin irəliləmə riski %37,
Ölüm riski isə %44 nisbətində azalıb.
Bu nəticə T-hüceyrələrinin istehsal mərkəzi olan timus vəzisinin xərçənglə mübarizədə strateji rol oynadığını göstərir.
Siqaret istifadəsi, piylənmə və xroniki iltihablanma bu orqanın funksiyalarını sürətlə pozur.
Balanslı metabolik sağlıq isə timus aktivliyini dəstəkləyir.
Mütəxəssislər "qocalma saatı" kimi xarakterizə edilən timus vəzisinin qorunmasının bədənin həm infeksiyalara, həm də xərçəng və ürək çatışmazlığı kimi ciddi xəstəliklərə qarşı müqavimətini artıra biləcəyini vurğulayırlar.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1033   Tarix: 03 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

turlar.az

kosmetika mehsullari kosmetik vasiteler sac duzumleri zaur gunay xına bayatıları kicik biznes qurmagin yollari 2026 un geyimleri kosmetika zehmet ve zinet vətən haqqında bayatı meseller laylalar rəksanə