Gilasın faydası

Gilasın faydasıGülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir.

Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı rəngdə olur. Dadı acıtəhər və bəzən şirin olur. Şirinlər təzə halda yeyilir, eləcə də ondan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır. Acı gilaslar isə şərab istehsalı üçün yararlıdır. Çəyirdəyində 30% yağ və 1%-ə qədər efir yağı vardır. Texniki məqsədlər üçün işlədilə bilər. Yarpaqlarında 250 mq% C vitamini vardır. Yabanı gilas külli miqdarda qətran ifraz edir ki, bundan da parçaların boyanmasında istifadə edilir.

Gilas şirəsi qidanın yaxşı həzm olunması üçün tətbiq edilir. Xalq təbabətində qəbz olmağa qarşı da istifadə olunur. Oduncağı bərk, sarı-qırmızı rəngdədir. Gilasın oduncağından xarrat məmulatı, nazik budaqlarından isə qəlyan çubuqları hazırlanır. Gilas balverən və bəzək bitkisi kimi də əhəmiyyətlidir. 1 hektar çiçəkləyən gilas sahəsindən arılar 36-40 kq bal hasil edə bilirlər.

Gilas mədə-bağırsaq, sidik yolları xəstəliklərində, həmçinin iştahartırıcı pəhriz qidası kimi çox xeyirlidir. Gilas və albalı meyvələrindən və onların şirəsindən qaraciyər xəstəliklərinə tutulanlara müalicə məqsədilə vermək zəruridir.

Bu meyvələrdən eyni zamanda xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və maddələr mübadiləsini tənzim edən vasitə kimi də istifadə etmək faydalıdır.

Gilas insan orqanizminə ürək-damar xəstəliklərinin dərmanı kimi təsir edir, eləcə də damarları təmizləyir. Həkimlər bütün yaş təbəqələrindəki insanlar üçün gilasın xeyirli olduğunu bildirir. Gilasların tərkibində qlükoza və pektin var. Bu da orqanizmdən xolesterini çıxarmağa kömək edir. Gilas əsasən qanazlığı (anemiyadan) və damarların varikoz genişlənməsindən əzab çəkən xəstələr üçün daha xeyirlidir. Çünki onların köməyi ilə orqanizmdə olan artıq maye çıxarılır və damarların divarları bərkiyir

Əsasən, meyvələrdən istifadə edilir. Gilas böyrəklərin, qaraciyərin və bağırsaqların fəaliyyətini artırır. Qan dövranını sürətləndirir. Sidikqovucu təsirə malik olduğu üçün revmatizmdə məsləhətlidir. Yüksək qan təzyiqi xəstəliyi (hipertoniya) olan adamlara 250-300 q müalicə dozası kifayətdir. Gilasın şirəsi və ya həlimi həzmi yaxşılaşdırır, meyvələri qəbizliyə qarşı işlədilir. Göz zəifliyində təzə gilas yemək və gözlərə onun meyvələrindən sürtmək (gözləri meyvənin əti ilə islatmaq) faydalıdır.

Sağlamlıq     Baxılıb: 11702   Tarix: 26 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

geyim dəbləri reseptler adlarin menasi kişi xəyanət seks hekayəsi vətən haqqında bayatı sağlamlıq kosmetika xərçəng bürcü toyuq salati kahfe kali novruza aid hakışta oglan evi