Ginekoloqa getmək üçün 7 səbəb

Ginekoloqa getmək üçün 7 səbəb1. Qarnın aşağı hissələrində qəflətən başlayan kəskin ağrı, xarakterindən asılı olmayaraq (dartıcı, sancılı, kəsici) xüsusi ilə də, digər şikayətlər ilə müşayiət olunduqda (bədən hərarətinin artması, ürəkbulanma, qusma, huşun itməsi) qadının həyatı üçün təhlükə törədən və təcili müalicəvi tədbirlərin görülməsi, o cümlədən, əməliyyat aparılmasını tələb edən ciddi xəstəlik simptomu ola bilər. Çox vaxt qarnın aşağısında yaranmış kəskin ağrı düz bağırsağa yayılır və huşun itməsi ilə müşayiət olunur. Belə şikaytlər aşağıdakı ginekoloji patologiyalar nəticəsində inkişaf edən qarın boşluğu qanaxmaları zamanı yaranır:

2. Uşaqlıqdankənar hamiləliyin kəsilməsi – daxilindəki embrionun böyüməsi nəticəsində uşaqlıq borusunun cırılması- bu halda təcili əməliyyat tələb olunur, çünki cırılmış borudan baş verən qanaxma böyük ola bilər (1 litrə qədər), bu isə, pasiyentin həyatı üçün təhlükəlidir;

3. Yumurtalıqların apopleksiyası — öz-özünə, ovulyasiya dövründə, menstrual dövrun 12-15-ci günü, yaxud dövrün ikinci fazasında, 16-28-ci günlərdə, çox zaman fiziki gərginlikdən, o cümlədən, cinsi aktdan sonra baş verən yumurtalıq və ya onun kistasının partlaması. Əksər hallarda yumurtalıq apopleksiyası güclü qanaxmaya səbəb olaraq, əməliyyatın aparılması ilə nəticələnir. Yumurtalıq az zədələndikdə və qanaxma əhəmiyyətsiz dərəcədə olduqda konservativ terapiyanın aparılması kifayət edir. Müalicəni həkim təyin edir. Vaxtı itirməmək və vəziyyəti anlamaq çox vacibdir.

Ağrı bir çox hallarda bədən hərarətinin artması ilə müşayiət olunur ki, bu da cinsi orqanlarda iltihabi prosesin olmasından xəbər verir. Ağrı və hipertermiyanın aşağıdakı hallarda yaranması zamanı mütləq "Təcili yardım" çağırın:

4. Abortdan və ya digər uşaqlıqdaxili müdaxilədən sonra (histeroskopiya, histerorezeksiya, miomektomiya), çünki uşaqlığın iltihabi prosesi – endometritin inkişaf etməsi istisna olunmur; antibakterial müalicənin aparılması, eləcə də, abortdan sonra döl qalıqları aşkar edildikdə, onların təcili ləğv edilməsi tələb olunur;

5. Qorunulmamış cinsi aktdan sonra, uşaqlıq artımlarının iltihablaşması və bir çox hallarda, pelvioperitonitlə, yəni kiçik çanaq peritonunun iltihabı ilə müşayiət olunmasının nəticəsi kimi; tez effekt almaq və aparılması mümkün olan əməliyyatın qarşısını almağa imkan yaradan infuzion, antibakterial, iltihabəleyhinə terapiyanın aparılması labüddür.

6. Uşaqlıqdaxili spiraldan istifadə etmək fonunda (UDK), xüsusən, spiral 2 ildən əvvəl qoyulmuşdursa, çünki bu, endomiometritin yaranması üçün risk amilidir; bu halda UDK-in dərhal çıxarılması və iltihabəleyhinə terapiyanın aparılması labüddür. Həkimə müraciətin vaxtında edilməsi təcili əməliyyat, o cümlədən, uşaqlığın ləğv edilməsindən qaçmağa imkan yaradır.

7. Qarnın aşağısındakı ağrılar tutma xarakterli ola və ürəkbulanma, qusma və ağız quruluğu ilə müşayiət oluna bilər. Belə şikayətlər uzun müddət ginekoloq müayinəsindən keçməyən qadında, habelə, yumurtalıq şişi və ya uşaqlıq mioması ilə əlaqədar nəzarətdə olan pasiyentdə yaranmışdırsa, dərhal "Təcili yardım" çağırmaq lazımdır. Əks halda, yumurtalıq şişinin burulması, miomatoz düyündə qidalanmanın pozulması, subseroz miomatoz düyün ayaqçığının burulması –kimi təhlükəli xəstəliklərin inkişaf etməsi istisna olunmur.

/qadin.net

Sağlamlıq     Baxılıb: 2464   Tarix: 21 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

aksessuarlar geyim və ayaqqabılar yemek reseptleri kesəriyyə seks pozalari atalar sozleri veten haqqinda dunyanin en seksual qadinlari kosmetika rus dili 2ci ders kondom sirniyatlar hamilelik penis