Göyərti

GöyərtiVəzərinin İranda geniş istifadə edilməsi barədə Elianın əsərlərində (bizim eranın II əsri) məlumat verilir. Onun vətəni İran, Orta Asiya və Yaxın Şərq sayılır.
Göyərtilər arasında vəzəri xüsusi olaraq seçilir. Onun xoş, acıtəhər səciyyəvi dadı vardır. Bu onunla izah edilir ki, tərkibində kalium, kalsium, S vitamini, karotin, yod və dəmir kimi maddələr vardır.
Avropada vəzərini ən çox Almaniyada XV əsrin ikinci yarısından etibarən geniş becərirlər. Bir vaxtlar vəzəridən sinqaya qarşı dərman bitkisi kimi istifadə edilirdi.

Şüyüdün vətəni Aralıq dənizi ölkələri, Misir və Kiçik Asiyadır.Şüyüd Qərbi Avropaya XVI əsrdə yayılmışdır.
Bu xoş və özünəməxsus dadı olan bitkinin tərkibində vitaminlər kompleksi — S, A, V1, V2, RR, R, həmçinin dəmir duzları, kalium, kalsium və fosfor vardır.
XI əsr alim və təbibi Odo bitkilərin müalicə xüsusiyyətləri barədə poema yazmışdır. Poemada bitkilərin hansı xəstəliklərə, necə təsir etdiyi təsvir olunur. Əsərin bir yerində şüyüd haqqında belə deyilir: "Xəstə əzilmiş şüyüdü ilıq suyla içərsə, mədəsində, bağırsaqlarında olan ağrılar keçib gedər".

Cəfərinin vətəni İspaniya və Aralıq dənizi ölkələridir. O, IX əsrdə Avropaya yayılmağa başlamışdır.Bir az cəfərini xatırladan, lakin daha sərt dadı ilə seçilən kərəviz süfrələrə XV-XVI əsrlərdə daxil olub. Əvvəlcə almanlar, daha sonralar (XVII-XVIII əsrlər) isə fransızlar bu göyərtidən gen-bol istifadə etməyə başlayıblar.

Şomunun vətəni İrandır. Sonrakı dövrlərdə Əfqanıstana, Orta Asiya ölkələrinə və Qafqaza yayılmışdır. Bizim eradan əvvəl I əsrdə göyərti Hindistana və Çinə aparılır. Orta əsrlərdə ərəblər şomunu Sevilyaya gətirirlər.
Şomu B, C və A vitaminləri ilə, həmçinin dəmir və fosforla zəngindir. Azərbaycanda başqa göyərtilər əlavə etməklə şomudan "göy qutabı" bişirirlər.Onun 150-ə yaxın sortu vardır, alaq kimi də rast gəlinir. Vətəni Qərbi Avropadır. Onu XIV əsrdən başlayaraq Avropa ölkələrində, o cümlədən Fransada becərirlər. Turşəngdən sous və müxtəlif şorbalar hazırlanmasında geniş istifadə edilir.

Qədim vaxtlarda nanə bir çox xörəklərin hazırlanmasında istifadə edilirdi. Romalıların "Xörəklər kitabı"nda tər və quru nanədən bir sıra xörəklərdə istifadə olunması xüsusi olaraq qeyd olunmuşdur.
Nanənin tibbi səciyyəsində deyilir: "Onun şirəsi mədənin həzm qabiliyyətini artırır… Cövhərindən pendirə vuranda, ya da pendiri onun yarpaqlarına bükəndə yaxşı qalır".Qurudulmuş nanə Azərbaycan xörəklərindən küftəbozbaşa, düşbərəyə tökülür. İranda nanəni kababın yanında da vermişlər.

Tərxunun vətəni Monqolustan və Cənubi Sibirdir. Oradan o, Şərq və Qərb ölkələrinə yayılmışdır. Qədimlərdə onu Suriyada çox becərirlərmiş. Avropaya orta əsrlərdə gətirilmişdir.

Sürvənin(adaçayı) 500-ə yaxın sortu vardır. Tətbiqinə görə o, iki yerə bölünür — dərman və muskat sürvəsi. Muskat sürvəsinin vəhşi sortlarına Orta Asiya, Qafqaz və İran ərazilərində rast gəlmək olur. Sürvədən muskat ətri verən efir yağı alınır ki, bu da şərab istehsalında mühüm əhəmiyyət kəsb edir.

Reyhanın vətəni Hindistan və İrandır. O, əsas etibarilə süfrədə göyərti kimi istifadə olunur. Tərkibində evgenol adlı ətirli maddə var. Buna görə də yeyinti və ətriyyat sənayesində geniş tətbiq edilir. Bununla yanaşı, evgenol vanilinin istehsalında və təbabətdə istifadə olunur.

Sağlamlıq     Baxılıb: 6818   Tarix: 17 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

sac duzumleri gozel gorunmek kosmetoloq təmizlik aciq cinsi elaqe oğlanlar necə qızları sevirlər qadinlar haqqinda maraqli melumatlar kosmetika masqalar bayatılarımızda vətən həsrəti xerceng olumu maraqli hakistalar