Göz rənginə uyğun makiyaj - FOTOLAR
Makiyajın uğurlu alınması üçün rənglərin harmoniyası qaydalarına əsaslanmaq lazımdır. Məsələn, hər dəri tonunun özünə uyğun tonal kremi, ona yaraşan dodaq boyası olduğu kimi,göz rənginə uyğun da göz kölgələri seçməlisiniz. Axı düzgün seçilmiş göz kölgələri gözləri vizual olaraq daha böyük və mənalı göstərməyə qadirdir.
Bu yazıda xanımlara göz rənginə uyğun göz kölgələrini təqdim edirik.
Qəhvəyi gözlər
Bənövşəyinin müxtəlif çalarları qəhvəyi gözləri çox gözəl göstərir. Məsələn, albalı və ya yasəmən rəngi qəhvəyi ilə çox yaxşı uzlaşır. Qəhvəyi gözlərə yaşılın tünd tonları da çox yaraşır. Göy göz kölgələrindən istifadə etmək istədikdə yaşıl kimi yenə tünd çalarlara yönəlməliniz. Təbii effekt almaq istəyirsinizsə, qəhvəyinin açıq tonlarını seçin.
Yaşıl gözlər
Yaşıl gözlü xanımlar yaşıl rəngli göz kölgələrindən istifadə etməməlidirlər. Çoxları gözləri ilə eyni rəngdə göz kölgələrinin effektli göründüyünü düşünsə də, bu, belə deyil. Ümumiyyətlə, göz kölgəsinin göz rəngi ilə eyni rəngdə olması məsləhət deyil. Bu zaman gözlər sönük və mənasız görünürlər. Yaşıl gözlərə zərif çəhrayı və qəhvəyinin hər tonu yaraşır.
Mavi gözlər
Mavi gözlərə ən çox qara ilə boz kölgələr uyğun gəlir. Dumanlı göz makiyajı da ən çox mavi gözlü xanımlara yaraşır. Amma o, makiyajı hər zaman istifadə etmək mümkün deyil.
Ala gözlər
Ala gözlü xanımlar göz makiyajında çox şanslıdır. Çünki onlara istənilən göz kölgəsi yaraşır. Amma unutmayın ki, makiyaj seçdiyiniz paltara və gedəcəyiniz məkana uyğun olmalıdır.qadin.az












Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Yatanda ayağınızı örtməyin - SƏBƏB
Bir gün bütün həqiqətləri danışacağam' - Əməkdar artist
Yaz yorğunluğu - Qarşısını necə alaq?
Nəfəs' həyat yoldaşından boşandı
Rza Tamer vəfat etdi
Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için
Qaraciyərinizə zərər verən üç yatma vərdişi
Xalq artistindən Türkiyədəki məktəb faciəsi ilə bağlı paylaşım
Necə unudum səni?'ni hələ belə oxuyan olmamışdı - Audio
Daha bir serial eşqi gerçək oldu