Göz rəngini dəyişən 10 qida məhsulu

Göz rəngini dəyişən 10 qida məhsuluAdətən, gözlərin rəngi valideynlərin genləri ilə müəyyən olunur, ancaq bəzi istisnalar da var. Bəzi mənbələrdə yetkin insanın göz rəngini dəyişdirməyin mümkün olduğu qeyd olunur. Ekspertlərin fikrincə, bəsit pəhriz və qidalanma sayəsində, gözlərin rəngini dəyişmək mümkündür.

Gözün rəngini nə müəyyən edir?

Gözün qüzehli qişasının rəngi melanin piqmenti ilə təyin olunur. Uşaq böyüdükcə onun gözünün rənginin nisbətən dəyişdiyini görmək olar. Bu ona görə baş verir ki, qüzehli qişada melaninin konsentrasiyası dəyişir.
Gözün rəngi üç genin qarşılıqlı təsiri əsasında yaranır. Hazırda onlardan yalnız ikisi tədqiq edilib. Doğulacaq uşağın gözünün rəngini yalnız valideynlərinin gözlərinin qüzehli qişasının rəngi ilə əvvəldən müəyyənləşdirmək mümkün deyil. Genlər qarışanda ən gözlənilməz nəticə də ola bilər.
Amma gözlərin rəngini böyüdükdən sonra da dəyişmək mümkündür.
1. Zəncəfil

Bu bitki müxtəlif iltihablanmaların aradan qaldırılmasında öz sehrli gücü ilə məşhurdur. Zəncəfil əhəmiyyətli dərəcədə əzələ ağrılarını və kimyəvi terapiyadan sonra boğulmanı azaldır. Həmçinin, zəncəfilin astma simptomlarını aradan qaldırdığı və qara ciyəri müalicə etməsi müəyyən olunub. Bütün bunlardan əlavə, zəncəfil gözlərin daha parıltılı olmasına yardım edir.

2. Ət
Ətin tərkibində sink və maqnezium kimi minerallar var və bu minerallar gözün qişasında bəzi dəyişikliklərə səbəb olur. Ət məhsulları bədənimizi orqanizmdə bütün proseslərin düzgün işləməsi üçün lazım olan zülalla təmin edir.

3. Fındıq

Əgər gözlərinizin rəngini dəyişmək istəyirsinizsə, o zaman fındığı rasionunuzdan əskik etməyin. Eyni zamanda unutmayın ki, fındığı qızartdıqda yüksək temperatur bütün qida maddələrini məhv edir.

4. Soğan

Soğandan müntəzəm istifadə göz rənginin zamanla dəyişməsinə və dərinin yaxşılaşmasına imkan verir. Soğan göz qişasına və saçların sağlamlığına müsbət təsir göstərir. Həmçinin, soğan depressiya əlamətlərini azaldır, yuxusuzluq probleminin müalicəsində kömək edir və iştahanı açır.

5. Zeytun yağı

Zeytun yağının inanılmaz xüsusiyyətlərini saymaqla bitmir. Bu məhsul bütün xəstəliklərin ən yaxşı dərmanı kimi qəbul edilir. Tərkibindəki bənzərsiz elementlər sayəsində, gözün qişası daha gözəl və yumşaq olur. Bununla yanaşı, zeytun yağı gərginliyi aradan qaldırır və qanda pis xolesterin müvazinətini azaldır.

6. Çobanyastığı çayı

Bu inanılmaz faydalı çay sinir sistemindəki gərginlik hormonlarının müvazinətini zəiflədir və gözlərə daha isti çalar verir. Ondan müxtəlif mədə-bağırsaq xəstəliklərinin, yaraların müalicəsində, həmçinin, yanıqlar zamanı istifadə edilir.

7. Balıq

Dəniz məhsulları bütün vitaminlərin, əsasən də, B, C, A, D, E və K vitaminlərinin zəngin mənbəyidir. Bu məhsullardan istifadə zamanı gözlərin rənginin dəyişməsi, xüsusilə, balığın tərkibindəki dəmir, maqnezium və fosfor sayəsində baş verir. Amma effektli nəticə əldə etmək üçün balıq yeməklərindən mütəmadi olaraq istifadə edilməlidir.

8. İspanaq

İspanaq gözlərin gəncliyinin qorunmasını təmin edən mikroelementlərlə zəngindir. Tərkibində olan yüksək miqdarda dəmir gözlərə parıltı verir. 1 stəkan çiy ispanaq bədənə 27 kalori enerji verir. İspanaq maqnezium, kalium və A vitamini baxımından zəngindir. İspanaq qan təzyiqini azaldır və sümükləri gücləndirir, həmçinin, dəri və saçların sağlamlığına müsbət təsir edir.

9. Bal

Gündəlik rasiona əlavə edilən bal gözlərin rənginin dəyişməsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Amma bu, mütləq təbii bal olmalıdır. Bu möcüzəvi məhsuldan müntəzəm istifadə göz qişasının təbii rənginə daha parlaq çalar verəcək.

10. Qarağat

Bu bitkinin sakitləşdirici çayı göz əzələlərini tez-tez sakitləşdirir və göz qişasının rəngini daha parıltılı edir. Bu çay sidikqovucu dərman xüsusiyyətinə də malikdir və dərinin müxtəlif xəstəlikləri, o cümlədən, artritə faydalıdır.
saqlamheyat.az

Xəbərlər     Baxılıb: 1857   Tarix: 01 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Sosial media hamiləliklə bağlı məlumat əldə etmək üçün ən çox müraciət olunan platformalardan birinə çevrilsə də, burada yayılan hər tövsiyə etibarlı və elmi əsaslı deyil. Xüsusilə dərman qəbulu, qidalanma, doğuş və tibb

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

turlar.az

qadin sayti geyim və ayaqqabılar qadin dunyasi küncüt yağı kabab reseptləri südlü şirniyyat qaslar kosmetika vidyolar vətən haqqında bayatılar heyati novruz bayrami novruz bayramına aid hakışta