Gözə xeyir olan təbii QİDALAR
Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlər üçün faydalı vitaminlərlə zəngin yaşıl bitki tərkibli qidalara üstünlük vermək tövsiyə olunur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparılan tədqiqatlar göz sağlamlığı üçün hansı qidaların daha çox faydalı olduğunu müəyyən edib.
Tərkibində lütein miqdarı çox olan bişmiş və çiy halda ispanaq, bişmiş halda kələm və çiy halda cəfəri qəbul edilməsi gözlər üçün çox faydalıdır.
Gözlərin torlu qişasının normal fəaliyyəti üçün A vitaminin qəbulunu vacibdir. Həmin vitaminin çatışmazlığı gözlərdə "toyuq korluğu" adlanan xəstəliyin inkişafına səbəb olur. Gözdə yaranan problemlərin qarşısını alan vitaminlərdən biri də Omeqa-3 yağıdır. Omeqa-3 yağ turşusu görmə qabiliyyətini yaxşılaşdırır. Gözlərin arxasında yerləşən torlu qişa və hüceyrə membranını qoruyur.
Orta yaşda olan sağlam insanlar həftədə iki-üç dəfə yağlı balıq istehlak etməklə 0,5-1 qram Omeqa-3 qəbul edə bilərlər. Tədqiqatlar balıq yağının quru göz sindromunu müalicə etdiyini göstərib.
S vitamini ilə zəngin meyvə və tərəvəzlərin gözə faydası çox böyükdür. Portağal və limon S vitamini ilə zəngin olduğuna görə göz əzələlərinin tonusunu tənzimləyir və damarları möhkəmləndirir. Həmin vitaminin çatışmazlığı isə gözlərin yorğunluğuna və qansızmalara səbəb olur.
Görmə qabiliyyətində problem olanlara tərkibi sinklə zəngin olan qidalardan - yerkökü, yaşıl tərəvəzi qida rasionuna əlavə etmək məsləhət görülür.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Müğənni həbsxanaya göndərildi
Bu dəfə serial ulduzu olacaq
25 il sonra yenidən "Mumiya"da - Foto
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
Süni tənəffüs aparatına qoşuldu
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Yenidən məhkəmədə üz-üzə gələcəklər