Gözəllik yaradan lazer prosedurları gözlərdə hansı fəsadlara səbəb olur?

Gözəllik yaradan lazer prosedurları gözlərdə hansı fəsadlara səbəb olur?Kosmetologiya sahəsində lazer şüalarının istifadəsi zamanı buraxılan səhvlər təkcə dəridə deyil, digər orqanlarda, eləcə də gözlərdə ciddi nəticələrə gətirib çıxara bilər. Bunlardan ən təhlükəli olan isə lazer şüalarının gözlərdə yaratdığı problemlərdir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, həkim-oftalmoloq Kərim Hüseynov bu prosedurların gözlərdə yaratdığı fəsadlardan danışıb. Həkim bildirib ki, əsasən lazer epliyasiya və tatuların (döymə) sillinməsi prosedurlarında müasir cihazlardan istifadə edilərək daha yaxşı nəticələrin əldə olunması bu prosedurlara diqqəti daha da artırır: "Bu prosedurlardan istifadə həyatımızı asandlaşdırsa da, onun düzgün istifadə olunmadığı halda yarada biləcəyi fəsadlar çoxdur. Xüsusilə gözdə baş verən zədələnmələr bu prosedurlardan yanlış istifadə nəticəsində yaranır. Lazer şüaları gözümüzdə müxtəlif  zədələnmələrə-qüzehli qişada atrofiya, travmatik katarakta, ön uveit, qlaukoma, və pupilla deffekti səbəb ola bilər. Bu zədələrdən ən vacibi torlu qişada baş verən yanıqlardır. Torlu qişa gözümüzdə görməni təmin edən, ön təbəqədən ibarət sinir mənşəli qatdır. Yanlışlıqla torlu qişa üzərinə düşən lazer onun piqment epitel qatı tərəfindən udularaq isitilik enerjisinə çevrilir, bunun nəticəsində torlu qişada bərpası mümkün olmayan görmə sahəsi defektləri, hətta bir çox halda görmənin itirilməsinə gətirib çıxaran termiki zədələnməyə səbəb olur".
Onun sözlərinə görə, şüa yanığı əksər hallarda oxuma və yazmamızı təmin edən, torlu qişanın makula sahəsində yerləşir. Adətən torlu qişanın lazer şüasıyla yanması göz içi qanama yaradır (intravitreal, subretinal, xororetinal hemorragiya), pigment epitel deffekti, xoroidal neovaskularizasiya, makula dəliyi, retina ödemi və epiretinal membran kimi xəstəliklərlə ağırlaşır. Həmçinin görmənin bir daha bərpasının mümkün olmaması bu xəstələrin psixoloji vəziyyətlərinə də kəskin şəkildə təsir edir.
Oftalmoloq qeyd edib ki, torlu qişanın şüa zədələnməsinin əsas səbəbi lazer proseduru zamanı ya düzgün eynək istifadə edilməməsi, ya da prosedurun qoruyucu eynəksiz həyata keçirilməsindən qaynaqlanır: "Təəssüf ki, rastlaşdığmız pasientlərin əksəriyyəti gənc xanımlardır. Solar retinopatiyanın tam müalicəsinin olmaması, hər ötən ilə nisbətən xəstə sayının artması, xəstələrin daha çox gənc olması bunun necə ciddi bir problem olduğunu anlamağa kifayət edir".
Həkim bildirib ki, bu kimi halların qarşısını almaq üçün göz ətrafı və üz nahiyyəsinə tətbiq edilən lazer proseduru zamanı daha ehtiyyatlı olmaq lazımdır. Eyni zamanda proseduru yerinə yetirən həkim-kosmetoloq cihazla bağlı xüsusi təlim keçməlidir. Bundan başqa, lazer cihazının dalğa uzunluğuna uyğun qoruyucu eynək taxılması, prosedur zamanı həkimin və xəstənin qoruyucu eynəkdən istifadəsi vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1288   Tarix: 08 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sade makiyaj sekilleri geyim seçimi qadin dunyasi arıqlamaq dietası qirmizi uzun donlar badimcan tursusu hazirlanmasi sağlamlıq xəbərləri kosmetika oğlaq turpun nağlı xerçeng toyuq salati vetene aid bayatilar