Gözəlliyi və sağlamlığı qoruyan TİBET RESEPTİ
Bu reseptin köməyi ilə orqanizmi toksinlərdən və digər ziyanlı maddələrdən təmizləmək, orqanizmin fəaliyyətini yaxşılaşdırmaq, iltihabları azaltmaq, orqanizmi cavanlaşdırmaq və bərpa etmək olar.
Bu çox effekti və sınanmış vasitədir.
50 qr dazı otu, 50 qr solmaz çiçəyi, 50 qr çobanyastığı, 50 qr tozağacı tumurcuqları götürülür, qarışdırılır və təmiz quru şüşə bankaya tökülür. Bankanı kip bağlayın və sərin quru yerdə saxlayın.
Hər axşam bu qarışıqdan 1 çay qaşığı götürüb termosda 1 stəkan qaynar suda dəmləyin. Səhər dəmləməni yaxşı süzün, bir qədər soyudun (ilıq olmalıdır) və 1 çay qaşığı bal əlavə edib acqarına için. 30 dəqiqədən sonra qida qəbul etmək olar.
Müalicəni otlar qurtarana kimi davam edin. Belə müalicəni ildə 1 dəfə etmək olar.
Nəzərinizə çatdıraq ki, sizdə hər hansı xroniki xəstəlik və ya pozulma varsa, bu vasitədən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
Milli.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu