Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?
Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb.
Alimlərin hesablamalarına görə, 2022-2050-ci illər arasında dünyada orta ömür uzunluğu 73,6 ildən 78,1 yaşa qalxacaq.
Qısa müddətdə orta ömür uzunluğunun təxminən 4,5 il artacağını bildirən alimlər bəzi detalları da açıqlayıblar. Belə ki, kişilərin 4,9 il, qadınların isə 4,2 il daha çox yaşayacağı ehtimal edilir.
Qeyd edək ki, ömrün uzanmasının əsas səbəbləri olaraq isə bunlar göstərilib:
1. ürək-damar xəstəliklərindən ölüm hallarının azalması,
2. Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində tənəffüs yolu ilə yoluxan infeksiyalar, əsasən də vərəmdən ölüm hallarının azalması,
3. Ana və neonatal ölüm hallarının azalması
Proqnoza dair tədqiqat "The Lancet" elmi jurnalında dərc olunub.
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi