Gözlərdəki bu əlamətlərə diqqət - İnfarktın xəbərçisi ola bilər
Yeni Zelandiyada aparılan araşdırmalar göz sağlamlığı ilə erkən yaşda qocalıq və demans riski arasındakı əlaqəni ortaya qoyub.
Milli.Az xəbər verir ki, Otaqo Universitetinin alimləri müəyyən ediblər ki, gözün arxa hissəsində işığa həssas tor qişanın incəlməsi idrak qabiliyyətinin zəifləməsinə və sonrakı dövrlərdə demans riskinin artmasına səbəb ola bilər.
Araşdırmalara görə, bulanıq görmə, işığın yanıb-sönməsi, rəng qavrayışında dəyişiklik və görmə sahəsində ləkələr kimi simptomlar ilk siqnallar arasında yer alır. Xüsusilə tor qişada nazilmə müşahidə edilən şəxslərdə bu əlamətlər 60 yaşdan əvvəl, hətta 50-40 yaş aralığında belə demans əlamətlərinin ortaya çıxması ehtimalını artırır.
Tədqiqatçılar həmçinin göz damarlarında daralma və damar genişlənməsi kimi dəyişikliklərin də beyin dövranındakı problemlərin erkən əlaməti ola biləcəyini vurğulayıblar. Otaqo Universitetindən Dr. Ahleigh Barrett-Young bildirib ki, bu cür damar problemləri yalnız görmə orqanlarını deyil, beyindəki qan dövranını da zəiflədir. Bu isə infarkt, insult, yaddaş itkisi və idrak problemləri kimi ciddi nevroloji fəsadlara səbəb ola bilər.
Mütəxəssislər göz sağlamlığına diqqət etməyi, görmə dəyişiklikləri hiss edildikdə dərhal müayinədən keçməyi və erkən müdaxilə ilə risklərin azaldıla biləcəyini bildirirlər.
Fidan
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi