Gözlərinizi günəş şüasından belə qoruyun

Gözlərinizi günəş şüasından belə qoruyunHava istiliyinin artması gözlərə də təsir edir. Gözlərin uzun müddət günəş işığına məruz qalması nəticəsində gözdə günəş yanıqlarının meydana çıxa biləcəyi barədə mütəxəssislər xəbərdarlıq edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, günəş işığının bədənimiz üçün unikal vitamin qaynağı olduğu deyilsə də, yüksək miqdarda günəş işığına məruz qalmağın həm dərimizə, həm də gözümüzə qalıcı zərər verə biləcəyi danılmazdır.
Xüsusilə uşaq və gənclər yay aylarında evdən kənarda, parklarda və dəniz kənarında daha çox vaxt keçirirlər. "Günəş Retinopatiyası" dediyimiz gözün tor qişasında günəş yanığı əmələ gələ bilər. Bu xəstəliyə görə gözlərdə katarakt meydana gələ bilər və ya daha irəli bir mərhələdə görmə itkisi meydana çıxar.
"Günəş Retinopatiyası"nın dəqiq bir müalicəsi olmadığı məlumdur. Ona görə də mütəxəssislər gözümüzü günəşdən qorumağı tapşırırlar. Günəşə və digər parlaq işıq mənbələrinə baxmaq təhlükəlidir. 
Günəş şüalarının gözə zərər verdiyi halda göz qapaqlarında sulanma, yanma, qıyma kimi simptomların müşahidə olur. Əlamətlər adətən günəşə məruz qaldıqdan 1-4 saat sonra özünü büruzə verir. Görmənin azalması, cisimləri əyri qəbul etmə, obyektləri olduğundan daha kiçik görmə, mərkəzdə və mərkəzi görmədə qaranlıq bölgələr, obyektləri olduğundan fərqli rənglərdə qəbul etmək, işığa həssaslıq, baş ağrısı və ya göz ağrısı yaranır.
Günəş şüalarından qorunmaq üçün günəş eynəyi istifadə edilməsi vacibdir. Günəş eynəkləri zərərli dalğa uzunluqlarını kəsən və bloklayan bir quruluşa sahib olmalıdır. Bu qorunma xüsusilə günəşin gözümüzə dik olduğu saatlarda vacibdir. Yayda günəş şüaları, günəş daha yuxarıda olur. Başımızın yuxarısına doğru gəldiyi üçün gözlər qismən qorunsa da, yay aylarında ağ və parlaq səthlərdən əks olunan günəş işığı daha çox olduğu üçün həssaslığa səbəb olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1739   Tarix: 11 iyul 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim necə seçməli gözəllik məhsulları qadın geyimi hekayələr meyvələr sevgi dünyası gənc ailə kosmetika uzeyir xərçəng bürcü haxışda maraqlı kahfe fali