Gözlərinizi günəş şüasından qoruyun: Kor ola bilərsiniz

Gözlərinizi günəş şüasından qoruyun: Kor ola bilərsinizYay aylarında havaların isti olması səbəbilə, vaxtımızın çox hissəsini açıq havada keçirir, nəticədə günəş işığı ilə daha çox təmasda oluruq. Günəş şüalarının sağlamlığımıza müsabət təsiri olsa da, uzun müddət günəş altında qalmaq gözün müvəqqəti və ya daimi görmə pozğunluğuna səbəb ola bilər.
Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, yay aylarında ultrabənövşəyi şüaların miqdarı qışa nisbətən 3 dəfə çoxdur. Bundan əlavə, şüalar saat 10: 00-dan 16: 00-a qədər göz sağlamlığına zərərli təsirləri daha da artırır. Günəş şüalarına çılpaq gözlə baxmaq zərərlidir. Qısa müddətli də olsa, korluğa səbəb ola bilər. Günəşə çılpaq gözlə baxılırsa, kornea dediyimiz şəffaf toxumada yanıqlara səbəb ola bilər. Yanıqların səbəb olduğu keratit adlandırdığımız mikrob olmayan iltihab gözlərdə şiddətli ağrı, gözün açıla bilməməsi, işığa baxa bilməmək və göz yaşına səbəb olur.
Gözlərimizdəki təbii linzalar gözün rəngli hissəsi olan iris toxumasının arxasında yerləşir. Bu təbii linzanın şəffaflığını itirməsi və görmə qabiliyyətinin qarşısını alması katarakt adlanır. Müalicə edilə bilən korluğun ən əhəmiyyətli səbəbi olan katarakt gözün həddindən artıq günəş şüasına məruz qalmasının səbəb olduğu vacib bir problemidir. Adətən yaşlı insanlarda baş versə də, gənclərdə, xüsusilə günəş işığının sıx olduğu coğrafi bölgələrdə də yayılan xəstəlikdir. Problem görmə qabiliyyətinin tədricən azalması, oxumaqda çətinlik, ikiqat görmə, rəngləri solğun görmə və gecə görmə qabiliyyətinin pisləşməsi kimi simptomlarla ortaya çıxır.
Uzun müddət eynəksiz günəş işığına məruz qalmaq göz qapaqlarında və göz qapağının xarici səthini örtən konjonktiva qatında xərçəngə səbəb ola bilər. Bu isə şişlik və ya göz qapaqlarında ağrı verməyən bir yaraya səbəb ola bilər. Bu şişlər vaxtında müalicə edilməsə, yalnız görmə qabiliyyətinin deyil, həm də gözün itkisinə səbəb ola bilər.
Günəşli havada çölə çıxarkən günəş eynəyi taxmağı unutmayın. Eynəyin şüşələri ultra bənövşəyi şüalardan gözü tam qorumalı və eynək çərçivəsi tamamilə göz ətrafını əhatə edəcək şəkildə olmalıdır.
Gün eynəklərindən əlavə geniş papaqların istifadəsi də üzümüzdə kölgə yaradır və birbaşa gün işığından qorunmanı təmin edir. Eyni zamandan göz və üz ətrafındakı günəş ləkələrinin qarşısını alır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1215   Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram aksessuarlar sade makiyaj sekilleri displaziya qargidali yaginin faydalari qurd xəstəlikləri dəridə ləklər kosmetika intim munasibetler uşaq şeirləri kökəlmək üçün suni mayalanma buga burcu