Gözlərinizi tez-tez ovuşdurmaq görməyi zəiflədə bilər

Gözlərinizi tez-tez ovuşdurmaq görməyi zəiflədə bilərSon vaxtlar bir çox insan gözlərini tez-tez ovuşdurduğunu deyir. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu vərdiş bəzən ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər və gözlər üçün təhlükə yarada bilər.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, gözlərin tez-tez ovuşdurulmasının ən yayğın səbəbləri allergiya, göz quruluğu, yorğunluq və uzun müddət ekran qarşısında qalmaqdır. Xüsusilə mövsümi allergiyası olan şəxslərdə qaşınma hissi güclənir və bu da refleks olaraq gözlərin ovuşdurulmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, göz quruluğu da bu vərdişin əsas səbəblərindən biridir. Kondisionerli mühitlər, telefon və kompüterdən uzun müddət istifadə göz yaşının azalmasına gətirib çıxarır. Nəticədə insan rahatlamaq üçün gözlərini ovuşdurur.
Lakin oftalmoloqlar bu vərdişin zərərsiz olmadığını vurğulayırlar. Çirkli əllərlə gözə toxunmaq infeksiya riskini artırır və konyunktivit kimi iltihabi xəstəliklərə yol aça bilər. Bundan əlavə, gözlərin tez-tez və güclü ovuşdurulması buynuz qişanın zədələnməsinə, görmənin zəifləməsinə və bəzi hallarda keratokonus kimi ciddi problemlərin yaranmasına səbəb ola bilər.
Xüsusilə uşaqlarda və yeniyetmələrdə bu vərdişə diqqət yetirilməsinin vacibliyi qeyd olunur. Həkimlər xəbərdarlıq edirlər ki, davamlı göz ovuşdurma gələcəkdə görmə ilə bağlı problemlərin əsasını qoya bilər.
Mütəxəssislər gözlərdə qaşınma və narahatlıq tez-tez təkrarlanarsa, özbaşına tədbirlər görmək əvəzinə həkimə müraciət etməyi tövsiyə edirlər. Göz damcılarının yalnız həkim məsləhəti ilə istifadə olunması, ekran qarşısında fasilələrin verilməsi və gigiyenaya diqqət yetirilməsi əsas qoruyucu tədbirlər sırasında göstərilir. 
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 1090   Tarix: 05 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim necə seçməli gözəllik məhsulları qadın geyimi hekayələr meyvələr sevgi dünyası gənc ailə kosmetika uzeyir xərçəng bürcü haxışda maraqlı kahfe fali