Gül kələmi haqqında

Gül kələmi haqqındaGül kələmi Aralıq dənizi sahillərində daha çox yetişir. İlk dəfə gül kələmi XVII əsrdə Qərbi Avropa ölkələrində yetişdirilmişdir. Bizim ölkəmizdə gül kələmindən az adam xoşlanır, amma Avropa mətbəxinin bir çox qidalarında kələmin bu növündən geniş istifadə edilir. Gül kələmi birillik tərəvəz bitkisidir. O mil kökə malik olan tərəvəzlər qrupuna daxildir. Onun yarpaqları slindir formada olub 15-70 sm hündürlüyə qədər yüksələ bilir. Gül kələminin yarpaqları böyüdükcə üfüqi vəziyyət alır və yarpaqların ortasından spiral formalı körpə kələm yarpaqları inkişaf etməyə başlayır. Yarpaqlar yerə oturduqca körpə spiralvari kələm yarpaqları böyüməyə başlayır və eninə-uzununa böyüyərək ağ gül kələminin formalaşmasına səbəb olur. Körpə kələm yarpaqlarının rəngi açıq yaşıl rəngdə olur və böyüdükcə üçkünc başlıqlar əmələ gətirir. Bu başlıqlar da inkişaf etdikcə ağ, topa şəkilli kələmlərə - gül kələminə çevrilir. Kiçik kələm başlıqları 3-15 sm ölçülərində olur və böyüdükcə rəngləri ağarmağa başlayır. Gül kələminin meyvəsi çox hissəli meyvə olub, uzunluqları 6-8,5 sm uzunluğunda olur.
Gül kələminın Tərkibi.
100 qram gül kələminin qida dəyərliliyi:
- Zülallar - 2,5 qram
- Yağlar - 0,3 qram
- Kabohidratlar - 4,2 qram
- Su - 90 qram
- Kalori dəyəri - 30 kKal.
Gül kələminin Faydaları.
Gül kələminin tərkibi duzlar, zülallar və karbohidratlarla zəngindir. Gül kələmində olan zülalların tərkibində çoxlu amin turşuları (ariqinin, lizin) var. Onun tərkibi orqanizm üçün faydalı olan və asan sorulan sellüoza ilə zəngindir. Kələmin çiçəklərində orqanizm tərəfindən asan sorulan azot birləşmələri və zülallar da var.
Gül kələminin tərkibində çoxlu miqdarda C, B1, B2, PP, A, H vitaminləri, kalium, kalsium, natrium, fosfor, dəmir, maqnium var. Gül kələmi pektin, alma, fol, pantoten və limon turşusu ilə zəngindir. Onun tərkibində olan dəmir qara istiot və yaşıl noxudun tərkibində olan dəmirin miqdarından 2 dəfə, badımcanın və kabaçokun tərkibindəkindən 3 dəfə artıqdır. Gül kələmi insan orqanizmi tərəfindən digər kələmlərə nisbətən daha asan sorulur.
Gül kələmini dietik qida hesab eləmək olar. Onu mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən adamlar müalicə məqsədilə qida rasionuna daxil edə bilər. Bu kələmi qaraciyər və öd kisəsi xəstəliklərindən əziyyət çəkən adamlar da istədikləri qədər yeyə bilərlər. Gül kələminin tərkibindəkilər ödün boşalmasını sürətləndirərək bağırsaq möhtəviyyatının asan xaric olunmasına yardım edir. Onu uşaq qidalarına da əlavə etmək olar. Mədənin sekretor funksiyasının pozulmaları zaman gül kələminin şirəsindən istifadə eləməklə xəstəliyin əlamətlərini azaltmaq mümkündür. Davamlı olaraq gül kələmi qəbul edən adamlarda xərçəng xəstəliyi riski aradan qalxır. Belə ki, gül kələmi qadınlarda döş, kişilərdə isə prostat vəzi xərçənginin əlamətlərini azaltmaq qabiliyyətinə malikdir. Ondan adları çəkilən xərçəng xəstəliklərinin profilaktikası zamanı da istifadə edilir. Gül kələmindən qastrit, diabet, bronxit, qaraciyər və böyrək xəstələri istədikləri qədər istifadə edə bilərlər.
Gül kələminin Ziyanı
Mədə turşuluğu yüksək olan, mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkən, enterekoliti və bağırsaq spazmı olan xəstələrə gül kələmindən istifadə etmək məsləhət görülmür.
Qarın boşluğu üzvlərindən və döş vəzindən əməliyyat olan adamlara da kələmin bu növündən yemək tövsiyə edilmir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1121   Tarix: 25 oktyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

turlar.az

kosmetoloq makiyaj etmek qaydalari geyim şəkilləri göyəm turşusu allergik xəstəliklər mələk kartları çək əlibala hacızadə kosmetika hakiwda bayraq banan zencefil xanım az