Balkonda paltar qurudursansa iki dəfə düşün

Balkonda paltar qurudursansa iki dəfə düşünXüsusilə sıx nəqliyyatın olduğu ərazilərdə balkonda paltar qurutmaq ciddi sağlamlıq riski yaradır. Ekoloqların sözlərinə görə, şəhər mərkəzlərində və maşınların çox hərəkət etdiyi küçələrə baxan balkonlar fərqinə varmadan zərərli maddələri sanki "filtr" kimi toplayır.
Milli.Az xəbər verir ki, araşdırmalara əsasən, yaş paltarlar balkonda asılı vəziyyətdə olarkən havadakı çirkləndiriciləri özünə çəkir. Egzoz qazları, ağır metallar, tormoz tozları və his asanlıqla parçanın səthinə yerləşir.
Bu hissəciklərin hamısı kanserogen (xərçəng törədən) təsirə malikdir. Uzunmüddətli təmas nəticəsində bu maddələr ağciyərlərin fəaliyyətini zəiflədir və şiş xəstəliklərinin yaranma riskini artırır.
Mütəxəssislərin sözlərinə görə, çirkli havada qurudulan paltarların zərəri iki formada özünü göstərir:
Parça liflərinə hopmuş zərərli maddələr dəri təması yolu ilə bədənə keçə bilər;
Hissəciklər tənəffüs yolu ilə ağciyərlərə daxil ola bilər.
Elmi araşdırmalar göstərib ki, insan günün təxminən səkkiz saatını yuxuda keçirir. Bu isə çirkli havada qurudulmuş yataq dəsti və geyimlə uzunmüddətli təmas zamanı zərərli maddələrin bədənə keçmə ehtimalını artırır.
Ekoloqlar bildirir ki, hava çirkliliyinin yüksək olduğu ərazilərdə yaşayan insanlar bu təsirə daha çox məruz qalır. Xüsusilə uşaqlar, yaşlılar və xroniki tənəffüs xəstəliyi olan şəxslər üçün risk daha böyükdür. Bu qruplarda ağciyər infeksiyaları, nəfəs darlığı və dəri qıcıqlanması kimi problemlər daha tez-tez baş verir.
Təhlükəsiz paltar qurutmaq üçün tövsiyələr
Mütəxəssislər bildirir ki, balkonda paltar qurutmaq yalnız təmiz hava olan ərazilərdə, məsələn bağça tərəfli və ya aztrafikli məhəllələrdə daha təhlükəsizdir.
Şəhər mərkəzində və ya sənaye zonalarına yaxın ərazilərdə yaşayanlara isə bu tədbirlər tövsiyə olunur:
Mümkünsə paltarları qapalı, havalandırılan məkanda və ya qurutma maşınında qurudun;
Balkonda qurutmaq məcburiyyətindəsinizsə, nəqliyyatın az olduğu saatları seçin;
Paltarları toz və qazlardan qorumaq üçün tül və ya qoruyucu örtükdən istifadə edin.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1383   Tarix: 04 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

turlar.az

gelinlikler qis geyimləri 2026 aksessuarlar xarici ulduzlar sirin gilas kəpək gənc qızlar üçün saç düzümləri kosmetika qadin.az novruz bayramına aid bakışta sirniyatlar pizza zəhmət