Siqaret çəkən qadınlara bəd xəbər
Onkoloq ağciyər xərçəngi riski yüksək olan üç qrup insanı açıqlayıb.
Milli.Az xəbər verir ki, bunu rusiyalı cərrah və onkoloq Andrey Nefedov deyib.
Ağciyər xərçəngi üçün ən yüksək risk siqaret çəkən qadınlarda, xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olanlarda və interstisial ağciyər xəstəliklərindən (İAХ) əziyyət çəkən insanlardadır.
Mütəxəssisin sözlərinə görə, qadınlarda ağciyər xərçəngi riski eyni miqdarda siqaret çəkən kişilərlə müqayisədə 1,5-2 dəfə çoxdur. Bu, qadınların orqanizmində tütün tüstüsündəki kanserogenlərin DNT-yə daha güclü təsir etməsi və DNT-nin zədələrdən daha zəif bərpa olunması ilə bağlıdır.
Nefedov qeyd edib ki, XOAX xəstələrində ağciyər xərçəngi riski sağlam insanlara nisbətən təxminən 4 dəfə yüksəkdir. Bu xəstəlik zamanı ağciyərlərdə hava keçidinin məhdudlaşması və toxuma dəyişiklikləri baş verir ki, bu da xərçəngin inkişafına şərait yaradır.
Həkim həmçinin bildirib ki, interstisial ağciyər xəstəlikləri olan şəxslərdə də risk çoxdur. Bu xəstəliklər zamanı ağciyər toxuması qalınlaşır, iltihablanır və elastikliyini itirir, nəticədə oksigenin qana keçməsi çətinləşir.
Tədqiqatlar göstərir ki, İAХ xəstələrində ağciyər xərçəngi riski orta hesabla 3,5-7 dəfə çoxdur, keçirilmiş vərəm isə bu riski 2 dəfədən çox artırır.
Həkim xəbərdarlıq edib ki, bu risk qruplarına daxil olan şəxslər düzenli müayinələrdən keçməli, siqaretdən uzaq durmalı və ağciyər sağlamlığını qoruyacaq həyat tərzi formalaşdırmalıdırlar.
İsmayıl
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
Sezen Aksu sevənlərə pis xəbər
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Güllünü öldürən doğma qızına bu cəza verildi
Necla Uyqur vəfat etdi
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır