Gülmək ürəyi qoruyur: alimlərdən maraqlı açıqlama

Gülmək ürəyi qoruyur: alimlərdən maraqlı açıqlamaMütəxəssislərin fikrincə, gülüş ürək sağlamlığı üçün gözlənildiyindən daha böyük əhəmiyyət daşıyır. Kardioloqlar bildirirlər ki, müntəzəm gülmək ürəyin fəaliyyətini dəstəkləyir və ürək-damar xəstəlikləri riskinin azalmasına kömək edir.
Milli.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, gülüş zamanı orqanizmdə "xoşbəxtlik hormonları" kimi tanınan endorfinlər ifraz olunur. Bu proses azot oksidinin sintezini artırır. Azot oksidi isə qan damarlarının genişlənməsinə şərait yaradır, qan axınını yaxşılaşdırır və nəticədə arterial təzyiqin azalmasına səbəb olur. Eyni zamanda iltihabi proseslər zəifləyir, "pis" xolesterinin səviyyəsi aşağı düşür və infarkt riski azalır.
Gülüşün sağlamlığa təsirini araşdıran elmi istiqamət gelotologiya adlanır. Bu sahə ötən əsrin ortalarından etibarən elmi maraq doğurur. Aparılan tədqiqatlar sübut edir ki, gülüş yalnız ürək-damar sistemi üçün deyil, həm də immun sisteminin güclənməsi baxımından faydalıdır və qoruyucu hüceyrələrin sayını artırır.
Amerikalı kardioloq Maykl Miller qeyd edir ki, hətta məqsədli şəkildə edilən, yəni süni gülüş belə orqanizm üçün müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, süni gülüş zamanı da təbii gülüşdə olduğu kimi oxşar əzələ və tənəffüs mexanizmləri aktivləşir. Bu səbəbdən hər iki halda bədənin verdiyi fizioloji reaksiya böyük ölçüdə eyni olur.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1177   Tarix: 03 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

geyim dəbləri toy makiyaji sekilleri kosmetik vasiteler ciyer qovurma uşaq xəstəlikləri yeni paltarlar 2026 gül buketləri kosmetika maska kahfe falı xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır yumurta namiq qaraçuxurlu