Gümrah olmaq üçün günə necə başlamalı?

Gümrah olmaq üçün günə necə başlamalı?Səhərlər özünüzü yorğun, əzgin və enerjisiz hiss edirsiniz? Əslində, dünyada bir çox insan bu problemlə üzləşir.
Səhərləri yorğun oyanmağın və özünü gün ərzində həvəssiz, halsız hiss etməyin bir çox səbəbi ola bilər. Səbəbdən asılı olmayaraq, bu problemdən yaxa qurtarmağın kiçik və sadə üsulları var.
Publika.az həftənin hər günü və günün hər saatında özünüzü enerjili və gümrah hiss etməyiniz üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
Səhər
1.Səhər zəngini eşidən kimi ayağa qalx.
Yuxunun ən şirin yerindəykən anidən çalan saat heç kəsin xoşuna gəlmir. Ancaq nə olursa olsun, saat çaldığı an oyanmağa çalışmalısınız. Zəngə baxmayaraq "5 dəqiqə də yatım, sonra duraram", - deyə düşünmək ən pis vərdişlərdən biridir. Çünki bu vərdiş yuxudan oyanmaq prosesini çətinləşdirir və günə pis əhval-ruhiyyədə başlamağa səbəb olur.
Ona görə də saatın zəngini eşitdiyiniz anda dərhal yataqdan qalxın. 5 dəqiqəlik yuxu üçün bütün gününüzün pis keçməsinə imkan verməyin.
2. Oyanan kimi su iç.
Su içmək yuxuya getmiş əzələlərin oyanmasını təmin edəcək və özünüzü daha gümrah hiss etməyinizə səbəb olacaq.
Gün ərzində həzm sisteminin yaxşı işləməsi üçün də səhərlər su içmək çox böyük əhəmiyyət kəsb edir.
3. Səhərlər sağlamlıq üçün faydalı qidalar ye.
Səhər yeməyi çox önəmlidir. Odur ki, zülal və vitaminlərlə zəngin səhər yeməyi sizi günə ən yaxşı şəkildə hazırlayacaq.
4. Səhərlər idmanla məşğul ol.
Təbii ki, söhbət ağır idman hərəkətlərindən getmir. Yüngül hərəkətlər, 15 dəqiqəlik idman yerişi həm kalori xərcləyib, həm də enerjili hiss etməyinizi təmin edəcək.
Günortadan sonra
1.Təmiz hava al.
Masa başında oturub komputerə baxmaq bir müddət sonra sizi miskinləşdirəcək. Ona görə də günortadan sonra heç olmasa 1 saat təmiz havada gəzməlisiniz.
2. Yaşıl çay iç.
Çünki yaşıl çay stressi atıb, rahatlaşmağınızı ən qısa zamanda təmin etməyə qadirdir.
3. Səliqə-sahman yarat.
Əgər iş masanızın üstü dağınıqdırsa və ya evdə saəliqəsizlik hökm sürürsə, özünüzü yorğun və bezgin hiss etmək ehtimalınız daha böyükdür. Odur ki, 5 dəqiqə vaxt ayırıb ətrafda səliqə-sahman yaradın.
4. Enerji verən qidalarla qəlyanaltı et. Günortadan sonra insan yavaş-yavaş acmağa başlayır. Ancaq tələyə düşüb karbohidratlı şirniyyatlar yeməyin. Enerji verən və sağlamlıq üçün də faydalı olan fındıq, fıstıq, qoz kimi çərəzlər və ya alma, armud kimi meyvələr yeyin.
Axşam yeməyindən sonra
1.Əsla spirtli içki içməyin.
Spirtli içki ümumilikdə orqanizmə zərərli olmaqla yanaşı, yuxu rejiminə də mənfi təsir edir. Gecələr spirtli içki içirsənsə, təəssüf ki, səhər özünü gümrah hiss edə bilməzsən.
2. Texnologiyadan aralan.
Bütün gün əlində planşet və telefonla gəzmək həm stressə səbəb olur, həm də yorğunluğa.
Ona görə də, heç olmasa, axşamlar, gecə yatmazdan öncə texnologiyadan uzaq dur. Ailə üzvləriylə söhbətləş və ya kitab oxu.
3. Vaxtında yat.
Sağlam olmağın ən birinci qaydası yaxşı yuxudur. Gün ərzində gümrah olmaq üçün gecələr tez yat.
publika.az

Xəbərlər     Baxılıb: 1932   Tarix: 26 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Zibilə atdığınızı sandığınız əslində bir möcüzə imiş

Paxlalı bitkilərin konservləşdirilməsi zamanı yaranan və adətən süzülərək atılan bu nişastalı maye mətbəxdə israf edilməməli olan dəyərli bir məhsuldur. Lobya suyunun faydaları və istifadə yolları aşağıdakılardır.  xəbə

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

turlar.az

makiyaj instagram adlarin menasi yay geyimləri 2026 ideal toy həkim məsləhəti öd daşı dolma reseptleri kosmetika bayatilar novruza aid hakistalar sirniyatlar salam vicdan