Gün ərzində neçə saat yatmalıyıq? Yuxusuzluğun FƏSADLARI

Gün ərzində neçə saat yatmalıyıq? Yuxusuzluğun FƏSADLARIYuxu orqanizmin normal olması üçün vacib olan mühüm fizioloji hadisədir. Sağlam insanlarda yuxunun optimal müddəti müxtəlifdir və yaş ötdükcə dəyişir.
Yaş qruplarına uyğun yuxu rejimlərini təqdim edirik.
- Yeni doğulmuş uşaqlar sutka ərzində 21 saat;
- 6 aylıqdan 1 yaşına kimi uşaqlar 16 saat;
- 2-4 yaş arası uşaqlar 14 saat;
- 12-15 yaş arası yeniyetmələr 9 saat;
- Yetişkin və yaşlılar isə 7-8 saat yatmalıdır.
Lakin keçmişə baxsaq tarixi şəxsiyyətlər çox az yatırmışlar. Belə ki, Napaleon, Şiller, Hötenin yuxu rejimi 5 saat, Edisson da isə 2-3 saat olub.
Yuxu zamanı bir sıra gigiyena qaydalarına əməl etmək lazımdır. Axşam yeməyini yuxudan azı 2 saat qabaq yemək lazımdır ki, dolmuş mədə diafraqmanı yuxarıya basıb yatarkən rahat tənəffüs etməyə mane olmasın.
Bəs, yuxuya başqa nələr mane olur?
Parlaq işıq, səs, kəskin iylər, çox isti və ya çox soyuq temperatur yuxunu pozan amillərdəndir. Təmiz havanın normal yuxu üçün əvəzolunmaz əhəmiyyətli olduğunu nəzərə alıb pəncərə və nəfəsliyi açıq qoyub yatmaq məsləhətdir.
Bundan əlavə, beyinə qanın normal getməsi üçün başınızın altındakı yastıq nə çox hündür, nə də çox alçaq olmalıdır. Sağ tərəf üstünə yatmaq məsləhətdir. Buna səbəb bunun ürəyin sol tərəfdə yerləşməsidir.
Qaranlıq otaq, sakitlik, yaxşı düzəldilmiş yataq, yüngül və isti yorğan, rahat gecə paltarı normal yuxu üçün əhəmiyyətlidir. Spirtli içkilər içmək, səs-küy yuxu ilə ayıqlığın düzgün növbələşməsini pozur, sinir sistemini zəiflədir.
Yuxusuzluğu aradan qaldırmaq üçün hər gün yuxudan əvvəl təmiz havada gəzin, ilıq vanna qəbul edin, otağın pəncərələrini və ya nəfəsliyi açıq qoyun./
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1205   Tarix: 11 noyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi gelinlikler yaz geyimleri 2026 qadindunyasi.az valideynlərə məsləhət xəyanət dondurma kosmetika irem derici dostluq kahfe falı qadin.az zəhmət