Günay İbrahimli: "Sevgilim açıq geyinməyimi istəmir" - FOTOLAR

Müğənni Günay İbrahimli son vaxtlar həmkarlarının ona atdığı atmacalardan danışıb.

Musavat.com saytna açıqlama verən müğənni deyib ki, qalmaqala qoşulmaq istəmir: "Hər şeyi görürəm, eşidirəm. Lakin kiminsə adını çəkib, onu zirvəyə qaldırmaq istəmirəm. Arxadan atılan daş topuğa dəyər. Həmkarlarım mənə söz atanda jurnalistlər mətbuat katibim Elvinə yazdılar ki, Günay açıqlama versin. O zaman da bildirdim ki, mən cavab verməyəcəm. Mənə atılan sözləri oxusam da, bir şey anlamadım, məntiqli bir söz görmədim.

- Günay artıq qalmaqallardan uzaq gəzir?

- Qalmaqala ehtiyacım yoxdur. İşlərim göz önündədir. Mənim haqqımda dəyərli xalq artistləri, sənətkarlar öz sözlərini deyib və sənətimə qiymət veriblər. Mən sənətdə yerimi təsdiq etmişəm. Amma bu, o demək deyil ki, boş dayanacağam. Bundan sonra dayanmayacağam. İşlərimi davam etdirəcəyəm. Müğənninin işi mahnı oxumaq, klip çəkdirmək, konsert verməkdir, qalmaqal yaratmaq deyil.

- Bu il Günaydan konsert gözlənilirmi?

- Payız aylarında konsert proqramı ilə çıxış edəcəyəm. Konsertdə möhtəşəm sürprizlər var. Bir mahnıda elə bir şey olacaq ki, hamı məəttəl qalacaq. Çünki heç kimin konsertində elə bir şey olmayıb.

- Konsertlərdə geyindiyiniz açıq-saçıq geyimlər uzun müddət müzakirə olunub. Bu konsertdə geyimləriniz səs-küy yaradacaq, yoxsa şəxsi həyatınızla bağlı daha qapalı geyimlər seçəcəksiz?

- Əvvəlki illərə baxanda qapalı geyinirəm. Hazırda qapalı geyimlər dəbdədir. Qadın bağlı geyinəndə daha cazibədar görünür. Sevgilim də açıq geyimlər geyinməyimi istəmir, onun da qadağaları var. Həm də içimdən qapalı geyimlər geyinmək gəlir. İçimdə olan ruhum 5 il öncəki Günay deyil.

- Son zamanlar imicinizi də tez-tez dəyişirsiniz. Adətən, deyirlər ki, qadın depressiyada olanda imicini dəyişir...

- Müğənni həmişə dəyişiklik etməlidir. Mən də hər zaman yeni imicdə olmağa çalışıram. Saçlarımı Anar Ağakişiyevin məsləhəti ilə boz rəngə boyadım. Risk etsəm də, mənə yaraşdı. Sənətdə bu pilləyə risk edə-edə gəlmişəm. Xanımlar saçlarını boz rəngə boyamağa hər zaman tərəddüd edirlər. Onların tərəddüdlərini yox etdim. Mən saçımı boyayandan sonra gördüm ki, xanımların çoxu o rəngə boyadı. Düzdür, sevinirəm ki, insanlar məndən nümunə götürür. Sənət adamıyam, insanlara örnək olmalıyam. Lakin hamı ilə eyni saç rəngində olmaq istəmədim. Ona görə də imicimi yenidən dəyişdim. Uzun müddət hazırkı imicimdə qalacağam.
Günay İbrahimli: "Sevgilim açıq geyinməyimi istəmir" - FOTOLARGünay İbrahimli: "Sevgilim açıq geyinməyimi istəmir" - FOTOLARGünay İbrahimli: "Sevgilim açıq geyinməyimi istəmir" - FOTOLAR

Xəbərlər     Baxılıb: 1491   Tarix: 02 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

turlar.az

toy makiyajlari gözəllik məhsulları geymler 2026 qonaq otaqi dizayni balaca qablarda keks şef master xiyar tutması kosmetika vətənə aid atalar sözləri sağlamlığa aid atalar sözləri maya maskasi rus dili faydalı bilgilər