Gündə 2-3 fincan qəhvə bu 5 xəstəlikdən qoruyur
Son elmi araşdırmalar qəhvənin insan sağlamlığına olan yeni müsbət təsirlərini üzə çıxardır. Belə ki, qəhvənin tərkibində olan kofein maddəsi bəzi xəstəliklərin inkişafı riskini azaldır.
Saglamolun.az "Komsomolskaya pravda"-ya istinadla bildirir ki, Harvard ictimai səhiyyə məktəbi alimləri bir neçə il ərzində davam edən 130 000 insanın əhatə etdiyi elmi araşdırma zamanı aşkar ediblər ki, qəhvə bu kimi xəstəliklərin riskini azaldır:
- Şəkərli diabet
Qəhvə mədəaltı vəzinin qlükozaya olan həssaslığını artırır ki, bu da mədəaltı vəzinin fəaliyyətini tənzimləyir, ona müsbət təsir edir. Nəticədə şəkərli diabetin inkişafı riski azalır.
- Ürək çatışmazlığı
Araşdırmalar göstərib ki, gündə 2-3 fincan təbii qəhvə ürək çatışmazlığından qoruyur.
- Parkinson xəstəliyi
Alimlər sübut ediblər ki, qəhvənin qəbulu Parkinson xəstəliyinin riskini xeyli azaldır. Ümumiyyətlə kofein yaşlı insanların beyininin fəaliyyətinə müsbət təsir edir, beyinin qocalmasını ləngidir.
- Qaraciyər xərçəngi
Qəhvə qaraciyərin mənfi təsirlərə (xüsusilə spirtli içkilərə) olan davamlılığını artırır və nəticədə qaraciyər xəstəliklərinin və o cümlədən qaraciyər xərçənginin riskini azaldır. Alimlərin fikrinə görə, gündə 2-3 fincan qəhvə içən insanlarda bu riski 40-50% azalır.
- Yoğun bağırsaq xərçəngi
Elmi araşdırmalar sübut edib ki, gün ərzinə 2-3 fincan qəhvə içən insanlarda yoğun bağırsaq xərçənginin riski 26-50% qədər azalır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi