"Gündə 2 litr su için" qaydası tarixə qovuşdu: Elm dünyasından yeni açıqlama

Onilliklərdir ki, sağlam qalmaq üçün gündə ən az 8 stəkan və ya 2 litr su içməli olduğumuz deyilir. Lakin son elmi araşdırmalar bu "qızıl qaydanın" hər kəs üçün keçərli olmadığını və hətta bəzi hallarda yanlış anlaşıldığını ortaya qoyub.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu qayda 1945-ci ildə bir qida komissiyasının tövsiyəsinə əsaslanır. Lakin o dövrdəki tövsiyədə mühüm bir detal unudulub: "İçdiyimiz suyun böyük hissəsi qidalardan gəlir." İnsanlar bu tövsiyəni yalnız "saf su içmək" kimi başa düşüblər və illərdir bu yanlış fikir populyarlığını qoruyub.
Yeni araşdırmalar sübut edir ki, insanın su ehtiyacı bir çox fərdi amildən asılıdır:
Kişilərin, qadınların və uşaqların metabolik ehtiyacları fərqlidir.
İdmanla məşğul olan birinin ehtiyacı ilə ofisdə oturanınkı eyni deyil.
İsti və rütubətli bölgələrdə yaşayanlar daha çox maye itirirlər.
Meyvə və tərəvəz ağırlıqlı qidalananlar maye ehtiyacının bir hissəsini artıq yeməklərdən alırlar.
Susuzluq hissi
Alimlər qeyd edirlər ki, sağlam bir insan bədəni nə vaxt suya ehtiyacı olduğunu susuzluq siqnalı ilə mükəmməl şəkildə bildirir. Məcburi şəkildə, ehtiyac hiss etmədən həddindən artıq su içmək böyrəkləri artıq yükləyə bilər və qanda natrium səviyyəsinin düşməsinə (hiponatremiya) səbəb ola bilər ki, bu da sağlamlıq üçün risklidir.
Müasir tibb "standart litr" rəqəmlərindən uzaqlaşmağı tövsiyə edir. Bunun əvəzinə:
Bədəninizin susuzluq siqnallarını dinləyin.
Sidiyin rənginə diqqət edin (açıq sarı rəng kifayət qədər su içdiyinizi göstərir).
Qidalardakı (şorba, meyvə, tərəvəz) su miqdarını nəzərə alın.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1028   Tarix: 23 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

toy gecesi hamiləlik yaz geyimleri 2026 keks reseptləri dəri xəstəlikləri dirnaq maskasi abqoranin hazirlanmasi kosmetika kley lekesi uşaq şeirləri vətən haqqında atalar sözləri zəhmət intim munasibetler