Gündə bir ovuc ləpə görün nəyə qadirdir!
Badam, qoz, fındıq, keşyu, püstə, makadamiya və s. müxtəlif faydalı maddələrin əsl zəngin anbarıdır. Həkimlərin fikirinə görə, hər gün 1 ovuc ləpə yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər. Xanim.az saglamolun.az-a istinadən, ləpə yeməyin faydalarını təqdim edir:
Qoz-fındığın orqanizmə olan müsbət təsirləri arasında:
- Ləpə insanı uzun müddət ərzində tox saxlayır və nəticədə daha az yeyir və arıqlayır.
- Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir ki, bu maddələr ürəyin və beyinin sağlamlığında çox böyük rol oynayır.
- Arterial təzyiqin tənzimlənməsinə kömək edir.
- Orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir və bununla damarlarımızı aterosklerozdan qoruyur. Ateroskleroz insult və infarkt kimi ağır pozulmaların əsas risk faktoru sayılır.
- Qidalı liflərlə zəngin olduğuna görə bağırsaqları təmizləyir.
- Mineralla zəngin olduğuna görə sümükləri və dişləri möhkəmləndirir.
- Qanda "xoşbəxtlik hormonu" adlandırılan serotoninin səviyyəsini qaldırır ki, bu da bizə streslə və depressiya ilə mübarizə etməyə kömək edir.
- Beyinin bütün funksiyalarını (yaddaş, diqqət, təfəkkür) yaxşılaşdırır.
- Yuxunu normallaşdırır.
- İmmun sistemini möhkəmləndirir.
- Antioksidant maddələrlə zəngin olduğuna görə hüceyrə səviyəsində qocalma prosesini ləngidir, insanı daha gümrah edir.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Kəpəyi yox edən təbii üsullar
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Qabığında elə faydası var ki
XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar
İspaniya Avroviziyanı yayımlamaqdan İMTİNA ETDİ
Ağamirzə: 'Gənclər nəsihətə qulaq asmır
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər