Gündəlik 2 banan yemək üçün 5 səbəb
Bananın sağlamlığımıza faydaları saymaqla bitməz. Banan əsl vitamin-mineral kompleksidir. Oxucularımıza bananın faydalarını təqdim edirik.
1. Artıq çəkiləri aradan qaldırır: Banan lif baxımından zəngin bir meyvədir. İnsanı tox saxlayır. Tərkibindəki nişasta səbəbiylə də iştahınızı azaldır və çəki artımını dayandırır.
İnsulin müqavimətinə qarşı qandakı şəkər səviyyəsini normaya salır.
2. Qanazlığına qarşı yaxşı təsir göstərir: Qanazlığı solğunluq, yorğunluq və nəfəs daralmasına səbəb olur. Bu da, bədəndəki qırmızı qan hüceyrələrindəki azalma və qanda hemoqlobin səviyyəsinin düşməsinin nəticəsidir. Banan qırmızı qan hüceyrələrinin istehsalını artıran dəmir ehtiva edir. Bundan əlavə, qandakı şəkər səviyyəsini nizamlayır. Əhəmiyyətli səviyyədə B6 vitamini qaynağıdır.
3. Həzmi yaxşılaşdırır: Banan həzm prosesini asanlaşdırır və mədə-bağırsaq sistemini sağlamlığını təmin edir. Bananda olan müqavimətli nişasta həzm edilmir. Qalın bağırsağın içərisində sağlam bir bakteriya olaraq qalır. Əgər qastrit və mədə turşuması şikayətiniz varsa, rahatlıqla banan yeyə bilərsiniz.
4. Stressi əngəlləyir: Banan, ruh halını da yaxşılaşdırır. Serotonin almaq üçün bədənimiz tərəfindən lazımlı olan triptofan ehtiva edir. Orta hesabla, hər bananda təxminən 27 mq maqnezium var. Bu mineral yaxşı bir ruhiyə və sağlam bir yuxu üçün çox əhəmiyyətlidir.
5. Enerji verir: Bananda olan kalium əzələləri qoruyur və tərkibində olan karbohidrat sayəsində enerji verir./milli.az
Saglamolun.Az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?